Gecələr, küçələr, biz və onlar…


Arada bir gecələr küçələrdə qalmağı, gəzməyi və yaxud evə ayaqla, piyada getməyi sevirəm. O yollar mənə beynimdə ideyaları düşünmək, verəcəyim qərarları dəqiqləşdirməyə çox kömək edir.

Dünən Real Madrid – Barcelona oyununa baxmaq üçün şəhərin mərkəzində olan kafelərin birində N!DA-çılarla yığımışdıq. Oyuna baxdıq, kim uddu, kim uduzdu söhbətə heç aidiyyatı yoxdur. Oyun gecə saat 02-45 də bitdi. Piyada Nərimanov tərəfə getməyə başladım Kənan Qasımlı ilə. Təhsil Nazirliyi tərəfdə həm xalamgilin həmdə digər qohumum Turxangilin evi olsa da onlara getmək istəmədim…

Yoluma davam edib Nərimananov metrosuna çatdım. Avtobus dayanacağında oturub metronun nə zaman açılacağını gözləyəndə bir qadın yaxınlaşıb bütün gecə soyuqda küçələrdə olduğunu, qızışmaq üçün çay içməyə 30-40 qəpik istədi. Qadının üzünə baxdım. Məsələ o idi ki, o təkcə bu gecəni yox bir çox gecəni küçədə keçirib. Bu payız/qışın necə keçdiyini hamımız bilirik … Taksi sürücüsü pul verdi və qadın çay içməyə getdi…

Biz arada bir, ayda birdəfə küçələrdə oluruq gecələr. Fikir dağıtmağa, depresiyyada çıxmağa, aksiyadan sonra, bölmədən çıxandan sonra  yada hansısa məhkəmədən sonra. Ancaq onlar hər zaman küçələrdədir.

Dövlətin vətəndaşına verdiyi qiymət. Nə deyəsən ki…

Onsuzda 2 həftədən çoxdur ki, kefsizliyin dərəcələri ilə məzələnirdim. Adını da qoyurdum ki, Platonov-un Can romanındakı Can xalqı düşüb yadıma…

Nəisə…

Başımızı işlə qataq…

Arada da bu mahnıya qulaq asaq…

Etibar Salmanlı (Etibarlı)

Gecələr, küçələr, biz və onlar…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma