Sumqayıtın 168-ci Saatı…


168-ci Saat 1991 ci ilin May ayının 14-ündə işıq üzü  görmüşdür…

Çapındakı müəyyən fasilələri nəzərə almasaq uzun müddətli qazet nəşrlərimizdən biridir…

1993-cü ildə ilk dəfə olaraq çaplarının qarşısını alıb o dövrün hakimiyyəti…

O dövrlərdə çap edilsələr də, situasiyanın qəlizliyi bəzən problemlərlə üz qoyub qazeti…

Heydər Əliyev müxalifətdə olan zaman Azərbaycan mətbuatına ilk verdiyi müsahibə də , 168-ci Saat qazetinin əziyyətinin nəticəsidir…

Sabir Rüstəmxanlı-nın verdiyi qərarla (1993-1994) qazetin fəaliyyəti müəyyən zaman dayandırılıb…

2001 ci ildən isə fəaliyyətini bərpa edib…

Ofisləri Bakıda oub və Bakıdan xalqa səsləniblər. Uzun müddət dəqiq və qərəzsiz xəbərlərlə mətbuatfa öz yerlərini tutublar 168-ci Saat qazetinin jurnalist heyəti…

2003-ci ildə isə yenidən siyasi və maddi problemlərə qazet fəaliyyətini dayandırmağa məcbur olub…

Beynəlxalq 5 mükafat alan yeganə qazetdir Azərbaycan mətbuatında…

2005 ci ildə qazet regional qazet kimi çapını bərpa edir Sumqayıtda… Maddi imkanı icazə verib qazetin Bakıda fəaliyyətə davam etsin , sadəcə regionlarda obyektiv mətbu orqanın olmaması  168-ci Saat qazetinin Sumqayıtda  yenidən fəaliyyətə başlamasına təkan verib…

168-ci Saat Qazetinin kollektivi ürəkləri rahat şəkildə deyirlər ki, heç bir mənbədən maddi yardım almırlar deyə istədikləri kimi yazırlar. Bakıda özünü “azad” adlandıran bəzi qazetlər kimi kimdənsə pul alın kimisə “vurub”, kimisə də tərifləmirlər

Sumqayıtda ən çox reklam alan mətbu orqan olsalar da maddi problemləri ciddi şəkildə qazetin keyfiyyət baxımından çapında vəs. özünü göstərir… Yeni media baxımından qazetin öz saytı olmasa da, saytla bağlı işlər son bitmə anlarındadır artıq.

Facebook Tvitter sosial şəbəkəsində Fan səhifələrin olması qazetin reklamını müəyyən dərəcədə edir sosial şəbəkələrdə…

Sumqayitxeber.com saytında 168-ci Saat qazetinin məlumatlarının 50-60 faizini almaq olar…

Bütün məlumatları, xəbərləri vermək istəmirlər saytda tam olaraq… (Yeni Müsavat kimi)

Qazet rəhbərliyinin 168-ci Saat Xəbər Agentliyi yaratmaq kimi ideyası var… Sadəcə olaraq bu ideyanın reallaşdırılmasına tələb olunan maliyyəni  tapa bilmədiklərindən ideya hələlik kağız üzərində qalıb…

168-ci Saat qazeti Sumqayıt bloqqerlərini dəvət edir ki, yazılarını çap etdirsinlər, düzdür qonorar vəya maaş verməyə söz vermirlər. Ancaq bloqqerlərin imzalarının mətbuatda möhkəmlənməsinə dəstək verməyə hazırlar…

Müstəqil Media üçün Regiondan verilə biləcək bütün dəstəyi verməyə hazırdılar 168-ci Saat qazeti olaraq…

Qısası 168-ci Saat qazeti haqqında bu qədər…

Məlumatsız qalmayaq əsası budur!

(c)Etibar Salmanlı (Etibarlı)

2011 Sumqayıt Bloq Günü …

Ps. Bu yazı S.B.Günü-ndə elan edilmiş müsabiqə üçün yazılmışdır və fotolar Ahmed Muxtara  məxsusdur!

Sumqayıtın 168-ci Saatı…” üçün 5 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma