Ümummilli Tağı bayatıları…


Metronun qiymətinin artması bu günün ən çox müzakirə edilən mövzusu oldu. Hər kəs ondan danışdı, yazdı. Xalqımızın ədəbiyyata nə dərəcədə maraqlı olduğu heçkimə sirr deyil. Biz bundan qabaq bloq izləyicilərimizin qarşısına “Ümummilli Gülər Bayatıları” ilə gəlmişdik. O bayatılar çox oxundu.  Hal-hazırda da oxunur. Hətta Xural qazetinin saytı istinad verərək yazını çap elədi ki, yazı (bayatılar) daha böyük publikaya çatsın.

O vaxt “Sevgiladə Gülər” haştaqı ilə yazılırdı.

Bu gün isə “Metrosexual Tağı” , “Underground Tağı” kimi haştaqlarımız dəbdədir…

İndi də sizə “Ümummilli Tağı Bayatıları” -nı təqdim edirik. Oxuyun görün necədir…

Əzizinəm ay Tağı,
Sən çıxartdın lap ağı,
Xalqın şeyi ilə oynuyub,
Sən edirsən lağ-lağı.

***

Bu aranı, bu dağı,
Çaşıb əydim budağı,
Gördüm kiməsə girdi,
Bıy sarısın udub Tağı

***

Əzizinəm Əhmədov,
Al qaşıqla Əhməd ov
İndi metro Əhmədli,
Adlandırılır Əhmədov

***

Əzizim enən olmaz,
Tağını sevən olmaz,
Bu metro haqqı ki,qalxdı
Sən öl, heç minən olmaz.

***

Əzizim,gözdən çəpik?
Vur düzəlsin bir təpik.
Avtobus cəhənnəmə…
Pahoo metro da 20 qəpik?!

***

Əzizim, bax özüvə,
Bir xalqa bax, bir özüvə,
Tağı sənin islahatın,
Girsin sənin gözüvə.

***

Əzizim, əziz canı,
Gəz dolan Ərzincanı,
Tağı gəl insaf eylə,
Sən o bığıvın canı.

***

Rusca 3-ə de tri,
Tağını soy diri-diri
Tağı, Metronun girişində,
Yazılacaq NO ENTRY!

***

Əzizinəm, ay Tağı
Nə solu bilinir, nə sağı
Metroda xan olunca
Verəsən xalqa ağı

***

Əzizim astagəldi,
Dolandi asta gəldi,
Tağıya jeton qoymağa,
El dəstə-dəstə gəldi.

***

Tağıya qurban alçalar Tağı nə vaxt əl çalar?

Tağıya qurban ilanlar Tagi nə vaxt dil anlar?

Tağıya qurban YAP-çılar Tağı nə vaxt eee buraxinda bu kiwini uje çaşdım lap))

***

Əzizim, Tağı ağlar,
Parasız yanar ağlar.
Girər xalqın cibinə,
Metroda sinə dağlar.
***

Əzizim buğun-buğun
Ay Tağı boynuyoğun,
Sən öl, pulum qutarıb.
Neynəyim qəpik doğum?

***

Tağı yaman cızıldar
Urəkləri sızıldar,
Gediş haqqı azalmasa
Tağı metrodan vızıldar

***

Əzizim, yuvasına,
Yurduna yuvasına,
Tağı, millət turp yeyib,
Dur, sərinlən havasına.

***

Əzizim su qaynayar,
Çay dəmlər,su qaynayar.
20 qəpikdən ötrü,
Tağı striptiz oynayar.

***

Əzizim bığlı Tağı,
Boynunu ey aşağı,
Qiyməti salmasan bax,
Qoyacam şapalağı.

***

Əzizinəm ay Tağı ,
Yoxdu sənə tay Tağı .
Metro 20 qəpik oldu
Hamı deyir , vay Tağı

***
Əzizinəm Tağıya
İşim düşüb Tağıya
Metro 20 qəpiy olandan
Hamı söyür Tağıya ..

***

Tağı salıb xalqı dara,
Ürəklərə min yara,
Dərman tapa bilməsən
Sən başına qıl çara.

***

Əzizinəm ay Tağı
5 qəpiyi ver ,Tağı
Yığdığın 5 qəpiyin
Sözün etmə sən,Tağı.

***

Əzizim dağ oymuşam,
Uje cana doymuşam,
Qiyməti qaldırana,
Tağı, söyüş qoymuşam.

***

Tağı, gəl mənə sarı
Xalqı yox,özünü sarı
Meydanda tək olunca
Rəngin olub sap-sarı.

***

Əzizinəm vermə gəl
Tağıya pul vermə gəl
Pul versən o çox qudurar
Metroya sən girmə gəl.

 

Bayatılara görə Nərgiz-ə, Hüseyn Cavid-ə, San Momo Ra-ya, Fərid-ə az-mazda özümə təşəkkür edirəm…

Etibar Salmanlı (Etibarlı)

Ümummilli Tağı bayatıları…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma