Yaşar Nuri, YAP və lətifə…


Yaşar Nurinin yaxın keçmişdə YAP-ın sıralarına keçməsini yəqin ki, çoxları eşidib. Ömrünün sonuncu anlarında onun belə bir addım atması bır çoxunun ona
olan fikirlərinin dəyişməsinə də səbəb oldu  deyə bilərəm. Mən şəxsən elədə fikrimi dəyişməmişəm ona. YAP-a keçsə də hər halda o öz sənəti ilə, bir çox rolları ilə hörmət ediləsi bir şəxsiyyətdir.

Bu gün sosial şəbəkələrdə, statuslarda, tvitlərdə maraqlı bir məsələ var idi. Yaşar  Nurinin yenidən ölüm xəbəri yayılmışdı.  Dəqiqləşməsə də, sənətkarın vəziyyətinin heçdə yaxşı olmadığı bildirilir. Bəs o ömrünün son günlərində niyə YAP-tokrat oldu? Bunu çoxları düşünmədi mənim fikrimcə. Mən o xəbəri eşidəndə elədə müzakirə etmədim. Maraqlı deyil məsələ heç bir halda mənə.

Bugün Vəfa Nağının statusunda Ərəstun Oruclunun yazdığı bir lətifə mənə məsələni aydınlaşdırdı.

Özümə görə tapdım Yaşar Nuri niyə YAP-a keçdi son zamanında həyatının…

Lətifəni oxuyun anlayacaqsız məsələni…

Bir yəhudi iudaizmə çox nifrət edirmiş və can üstündə olanda deyir ki, ravvin çağırın, mən iudaizmi qəbul etmək istəyirəm. Səbəbini soruşanda deyir ki, onsuz da ölürəm, qoy heç olmazsa bu alçaq iudeylərin sayı 1 nəfər də olsa azalsın. 

Yaşar Nurini ittiham edənlərə deyirəm ki, bəlkə kişi YAP-a nifrət edirdi deyə keçib? Bunu soruşmaq lazımdır özündən. İnanmıram ki, belə bir cavab versin. Amma bir versiyadır da…)))

Mən də dəqiq  bilmirəm ki, kişi niyə keçib. Bəlkə həqiqətən Heydər Əliyevin yaratdığı partiyaya simpatiyası olub. Yada ki, zəhləsi gedirmiş onlardan deyib ki, bu gün sabah köçüb gedəcəyəm o biri dünyaya qoy üzv olum beynimi xarab eleməsinlər…)))

Bu yazım  kiminsə xoşuna gəlməsə heç bir şey demərəm…

Özləri bilərlər…

Kim necə istəyir elə də anlasın…

Mən subyektiv fikrimi yazmışam…

PS. Bilmirəm düzdü ya səhvdir amma indilərdə artıq  3dəfə Yaşar Nurinin ölüm xəbəri yayıldı…

Hamını öpürəm…

Etibar Salmanlı (Etibarlı) 

Yaşar Nuri, YAP və lətifə…” üçün 4 cavab

  1. Geri bildiriş: Dini lətifə – Siqaret | Etibarlı Mənbə...·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma