“Fikir” adamı “sex” edir…


"Fikir Sexi" kitabı

Mən elektron versiyada kitab/jurnal oxuya bilmirəm.

Sırf o səbəbdəndir ki, hər yeni kitab/jurnal çapı məni hədsiz sevindirir.

Yaxşı pis əldə edib oxuyuram. Ümumilikdə kitab oxumaq (həmçinin yazmaq) vərdişdir mənim fikrimcə. İstifadə edilmədikcə insandan uzaqlaşır.

Bu il bir çox kitab oxumuşam. Azərbaycan kitab/jurnal çapında bumu isə görməmək mümkün deyil. İl başlayandan bir çox kitab/jurnal çap edilib. Jurnallardan 25ci KadrNİDA jurnallarını qeyd edə bilərik. Kitablar isə o qədər çoxdur ki, qeyd etmək istəmirəm. Gedin maraqlanın alın, oxuyun, maariflənin!

Son zamanların ən çox müzakirə edilən kitabından biraz yazmaq istərdim.

“Fikir Sexi”  Turxan Qarışqa, Türkan Hüseynova, Nicat Məmmədbəyov, Nərmin Mirzoeva, Samirə Nəcəf, Cavid Ramazanov və Orxan Cuvarlı”-nın ortaq “əl və beyin işi” -dir.

Javid Ramazanov Fikir Sexi ilə məşquldur

“Fikir Sexi” Azərbaycanda həqiqətən analoqu olmayan bir kitabdır…

“Fikir Sexi” -ni əlində tutanda bütün camaatın sənə maraqlı nəzərlə baxdığı bir kitabdır…

“Fikir Sexi” satışa 500 ədəd çıxarılıb 10-12 günə 430-450 ədədi satılmış bir kitabdır…

“Fikir Sexi”  nəqliyyatda oxuyarkən camaata sənin Kamasutra oxuduğunu zənn etdirdiyi kitabdır…

“Fikir Sexi” bir çoxunu dəyişdirmə qabiliyyəti olan bir kitabdır…

Nəisə uzatmayaq!

Çox seçmə sitat, cümlə seçimi edərdim kitabdan ancaq ki, bir cümlə mənə ciddi təsir etdi…

Yazıçı Ursula le Quin“- in müsahibəsində olan :

Uçuruma atılmaq istəyirsənsə, əvvəlcə mümkün qədər yüksəyə qalx!

Əjdaha cümlədir, üzərində düşünüləsi cümlədir…Sizi bilmirəm ancaq neçə günlərdir bu cümlə üzərində düşünürəm…Hansısa nəticəyə gəldiyimi sonralar bildirəcəyəm hamıya!

Bu kitabın bir sıra işlərində iştirak etdiyimə görə özümü şanslı sayıram. İştirak etsəmdə özümə “Fikir Sexi” almamışdım. 1-2 sini alıb hədiyyə etmişdim. Sırf bu səbəbdən mənə öz kitabını oxumağa verən Vəfa Nağı“-ya hədsiz təşəkkürlərimi çatdırıram burdan. Öpürəm, qucaqlayıram onu!) O, kitabı oxuyarkən kitabda seçdiyi cümlələrin altından karandaşla xətlər çəkib. Kitabı oxuyarkən onlara diqqət yetirdim. Vəfa”-nın seçdiyi cümlələrdən 1-2 sini qeyd edirəm bura hansılar ki, mənim də xoşuma gəlib…

Döyüşdən sağ çıxmağı ağlına belə gətirmə. Hər şeyi qurban verməyə hazır ol, həyatını belə.

Kim ki, mövcud durumla barışıb, o artıq mənim üçün deyil…Dünyanı yalnız ciddi qəbul edən insanlar haqda danışacağıq.

Vəfa da mənim kimi yazıçı Ursula le Quin” in uçurum məsələsini qeyd edib…

PS. Yəqin ki, dükanlarda artıq “Fikir Sexi” nin sonuncu nüsxələri qalıb, alıb oxumağa tələsin…Qiyməti 5 AZN-dir!

Ps.2 “Fikir Sexi” kitabının satışından əldə edilən gəlirlə daha 3 kitab çap edilib “pulsuz” paylanacaq…

Etibar Salmanlı (Etibarlı)

“Fikir” adamı “sex” edir…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma