Bloglarda edə biləcəyimiz yeni bir ideya…


Bizim bloqosferamız bir az özümüz kimi “maraqlı” – dır.

Bloqosfer 2011-in başlamasına az qalmış hamı bloqunu işə salıb gündə 2-3 yazı paylaşırdı, indi isə yenə blogun ünvanını yaddan çıxarıblar.

Nisbətən ictimai/siyasi/sosial yazanlar da demək olar ki, dayanıb yazmır. Yazanlarda özlərini sevgiyə, fəlsəfəyə veriblər. Sevgiyə aid yazılar görməkdən bir təhər olmuşuq. Nəisə..

Dünən Facebookda dostluğumda olan bir dostum bloggingə aid yeni bir ideya verdi. İdeyanı dəfələrlə beynimdə araşdırdım və qərara gəldim ki, biz bu ideyanı reallaşdırsaq həm özümüz üçün həmdə yazılarımızı oxuyanlar üçün maraqlı olar.

İdeyanı burdan paylaşıram, bir çox bloggerə də demişəm. Demədiklərimdə həvəsləri olanda burdan oxuyarlar…

İdeya deməli belədir :
Birinci yazını yazan blogger yazının sonunda ürəyi istəyən bir bloggeri tag edir yazıya. Deyir ki, istərdim ki, Filan blogger bu mövzu haqqında bir yazı yazıb, öz fikrini bildirsin. O bloggerdə yazıya cavab yazıb öz yazısında başqa bir bloggeri tag edərək həmin bloggeri yazı yazmağa dəvət edir. (yəni ki, zibilə salır))) ) Belə belə həm mövzular dəyişir, həm yazarları. Mövzu seçimi və cavab verəcək blogger seçimi azaddır. Demokratiya zad…)

Bunun yaxşı xususiyyətlərindən birincisi odur ki, bloggerlər bir birilərini oxuyurlar, oxumağa başlayırlar. Çünki AZE-də elə bloggerlər var ki, ancaq özlərinin yazdığını oxuyurlar.

Digər məsələ odur ki, bilgiləndirmə artacaq bloggerlər arasında. Neçə zamandır azalmağa doğru gedən marağı yenidən qaytarmaq mümkün olacaq. Bloggerlə özləri də maraqlı olacaqlar. Maraqlanacaqlar ki, görəsən onu kimsə öz yazısında hansısa mövzuya cavab verməsi üçün tag edib yoxsa yox…

Mənə elə gəlir ki, açıqlaya bildim məsələni hər kəsə…

Bu ideyanı reallaşdırılması 2 gündən sonra  23 noyabr saat 00-30 da başlayacağıq. İdeya mən tərəfdən gəldiyi üçün icazənizlə ilk yazını, ilk taglanacaq bloggeri də mən yazımda qeyd edəcəyəm…

Uğurlar hamıya…

İdeya üçün San Momo Ra – ya təşəkkürlər…

Etibar Salmanlı (Etibarlı)

Bloglarda edə biləcəyimiz yeni bir ideya…” üçün 17 cavab

  1. Bloqqerlikdə “ağsaqqal məsləhəti” 🙂 İdeya yaxşıdır. Ancaq daha yaxşısı dost bloqları bloq səhifəmizin sol tərəfində görünən yerdə yerləşdirməkdir. Mən blogspot işlədirəm. Oxuduğum bloqların qadcetini yerləşdirmişəm. Bloqa girən ən azı 10 müəllifin son bloq yazılarını görür. Online yenilənmə ilə.

  2. Geri bildiriş: “Etiraf” | Hacı Zeynallının blogu..·

  3. Geri bildiriş: Etiraf edim ki… | Bənövşə Xəyalpərəst·

  4. Geri bildiriş: Etirafıstan « Blogger from Animal Farm·

  5. Geri bildiriş: Etiraf…. « Samir Asadli`s Blog·

  6. Geri bildiriş: Etiraflara sözardı… « Etibarlı Mənbə…·

  7. Geri bildiriş: Etiraf edirəm ki… | Məcid Həsənli·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma