Ümümmilli Gülər bayatıları…


Dünən bir status oxudum ki, ədəbiyyat yaşadıqca dünyada sevgi də yaşayacaq. Bilmirəm kim deyib ancaq yaxşı deyib. Ədəbiyyat nümunələrini oxuduqca insanın sevməyi gəlir. Yazının adına baxıb deyərsən ki,  nə danışırsan, nə ədəbiyyat, nə sevgi ?)

Deməli məsələni azmaz xırdalayımda sizin üçün. Dünən gecə facebook istifadəçiləri hardasa saat gecə 01-00 dan başlayaraq bayatılar qoşmağa başladılar Gülər haqqında. Çoxu bu aksiyaya çoxu dəstək verdi. Öz istedadını nümayiş etdirdi.  Bir xeylam bayatı yazıldı. Səhər yuxudan ayılandan sonra qərara gəldim bu ədəbiyyat nümunələrini itbat olmağa qoymayaq. Bloqa yazaq qalsın gələcək nəsillərə… ))) Bir sözü qeyd edim ki, bizim xalq çox istedadlı xalqdır!

Beləliklə Ümummilli Gülər Bayatıları…

Buyurun oxuyun…  (mötərizənin içində hərflər müəlliflərin ad və soyadlarıdır)

( K.A )

Əzizinəm fuck Gülər
Lets begin suck, Gülər
Məhkəmədə kanta atdı
Gətirmədi fakt Gülər!

***

Əzizinəm bu dəqiqə
Bayatı yazdım bu dəqiqə
Beynim biraz qızdısa
Gülərə qoyaram bu dəqiqə (Pornoqrafik Bayatı)

(A.B)

 

Əzizim gül əvəzi
Tikan ver gül əvəzi
İş verib həbsə atıb
Bir çirkin Gül Əvəzi

***

Mən aşiqəm, Gülərə
Arvada gülmə, gül ərə
Həbsə düşə bilərsən
Bir söz demə Gülərə..

(H.M)

Əzizim gülər mənə
Iş verdi Gülər mənə
Düşdüm gülün poxuna,
El aləm gülər mənə

***

Əzizinəm gülərsiz
Parlamentdə gül ərsiz
Siz ya SEVGİladəsiz,
Və yaxud da Gülərsiz

***

Əzizim Gülər gələr
Gül arvad, gül ər gələr
Haqqında söz desəniz
Üstünüzə şər gələr

(E.S)

Əzizinəm gülərsən
Sən həmişə gülərsən
Gülər sənə iş versə
Duxun çatsa gülərsən

***

Gülər mənim canımdır
Damarımdır, qanımdır
Necə onu sevməyim
O, işverən xanımdır!

***

Gülər güldürər səni,
Lap istər öldürər səni,
Sən onu çox sevməsən
İş verər, işlədər səni…

***

Mən Gülərəm verərəm
Danışaram , gülərəm
Hamı mənə səs verir
Mən onlara iş verərəm…)

***

Əzizinəm Gülərim
Ağlayaram, gülərim
Əgər işin yoxdursa
İş verəcək Gülərim!

(R.A)

Məclisin gülü Gülər,
Xalqın üzünə gülər
Jurnalisti şərləyib
İhama gələr Gülər

***

Sevgiladəlik edər Gülər
İş verib ürəkdən gülər
Ondan qorxmaq gərəkdir
Tək Əvəzlə doymaz Gülər

(İ.Y)

Əzizinəm gül dərə
Gülər xanım gül dərə
Əvəz gül almaz deyə
Onu KPZ-yə göndərə

***

Əzizinəm gülərsən
Şər zad atıb gülərsən
O yan bu yan eləmə
Sevgiladə Gülərsən

***

Əzizinəm gül dərə
Gülər xanım gül dərə
Əvəz gül almaz deyə
Onu KPZ-yə göndərə

(B.H)

Mən aşiqəm Gülərə,
Qərənfilə, güllərə.
Gülər mənə iş verə,
Sala məni dillərə.

***

Əzizinəm dilən gəz,
Bağda güllər yavaş gəz
Gülər bacı iş verir
Sakit dinmez dolan gez

(M.R)

Mən Gülərəm ,a xışda
İş verənəm,a xışda
İşimi həll etmesəz
Şərləyərəm, gülərəm, a xisda.

***

Əzizim gülər gülər
İşveren Gülər gülər
İşini həll etmesən
Şərləyər, gülər gülər.

(H.H)

Gülər yaman gülərdi
Ağladandı,güləndi
Sağa fikrin getməsin
Soldakı südverəndi.

***

Əzizinəm gülmə gəl
Sevinmə gəl, gülmə gəl
Gülər üzünə gülsə,
İş verəcək – gülmə gəl.

***

Əzizinəm gülərdi,
Sırtıq, sırtıq gülərdi
Şər atmaqda birinci
Sevgiladə Gülərdi.

(E.M)

Əzizinəm gül oldu,
Gül oldu bülbül oldu,
Gülər ortaya çıxan,
Tatyana yalan oldu

(H.A)

Əzizinəm dilən gəz
Bağda-Gülü dilən gəz
MM-də Güler olunca
Metrolarda dilen gəz

***

Əzizim olmayaydı
Saralıb solmayaydı
Xuralı bağladanlar
Kaş heç doğulmayaydı

***

Əzizinəm qız-qıza.
Oğlan qıza, qız qıza.
Gülər qızsa tez geyinər.
Vay o günden xalq qıza (Erotik Bayatı)

***

Əzizim baxtı qara
Üzü ağ, baxtı qara
Deputatı Gülər olanın
Ömürlük baxtı qara

***

Mən aşiqəm boyuna.
Qamətinə, boyuna
Güləri evləndirəciyəm
Dəvətlisiz toyuna

***

Mən heyran üzdə xala
Gülərdə dovlet-mala
Allah varsa ? Qoymaz ki
Haqsızlıq yerdə qala. (Dini Bayatı)

(E.N.İ)

A bağdagül, bağdagül
Dərme məni bağdagül
Gülər işverən olub,
Saxla məni bağdagül

***

Gülə-gülə ay Gülər
Üzdə gülər səy Gülər
Əlində imkan oldu
Durdu üzə bu Gülər

(A.M)

Insan yaşa, insan oğlu, kimsə batsa, get dərinə,
Ya azad ol, ya candan keç – məkan torpağın dibinə.
Dil var tikandan betərdir, dil var tər qöncə çiçəkdir
Ya gülünə sahib çıx sən, ya qoy onu gül yerinə.  (Bu Bayatı deyil şeirdir)

Ümümmilli Gülər bayatıları…” üçün 3 cavab

  1. Geri bildiriş: Ümummilli Tağı bayatıları… « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma