ATV, NərgizTv yoxsa həmişəki Şrek?!


Son zamanlar Azərbaycan televiziyaları haqqında bir çox söhbətlər gəzir. Telekanallara serial çəkmək üçün qanunla  müəyyən qədər maliyyə yardımı ayrılması, gənc fəalların İctimai Televiziyanı məhkəməyə verməsi, Ans-in özünü neytral göstərməyə çalışıb “siyasi debatlar” təşkil etməsi vəs. Ümumilikdə tvlərimiz yenilənmələrə getmələri, xarici serialları “dublyaj” edib xalqa çatdırması əsasda xalqın evlilik problemini həll etməyə girişməsi ortalıqda olan puldan daha çox pay almaq, yuxarılara daha “yaxşı” görsənməsindən başqa bir şey deyil…

Axır 2 həftədə ATV (Azad Azərbaycan kanalı) haqqında sosial şəbəkələrdə ya bağlanacağı yadaki adının 2012ci ilin ilk 6ayı ərzində Azad Azərbaycandan Nərgiz Tv -yə dəyişdiriləcəyi haqqında ciddi müzakirələr(mübahisələr) gedir. Tv rəhbərliyindən vəya ordan məsul bir şəxsdən hansısa bir məlumat yoxdur bu məsələ haqqında. Hər halda heç onlardan hansısa bir məlumat ala bilərik deyə ümidim də yoxdur…

Bu xəbəri eşitdikdən sonra çoxda maraqlı gəlməmişdi mənə ad dəyişdirilməsi. Ayda ildə bir dəfə baxdığım kanalın aqibəti elədə maraqlandırmır məni. Sonralar xəbərin çox adam tərəfindən səslənməsi bir azca araşdırma aparmağa vadar elədi məni. ATV də işləmiş dost tanışdan bir az sorğu sual edəndən sonra ehtimalların doğruluq payının yüksək olduğunu gördüm.

Hələ 2010 cu ilin yanvarında ATV rəhbərliyi artıq kanalı tərk eləmək üzrə idilər . Əşyalarını yığıb gedirdilər daha doğrusu hazırlaşırdılar. Son anda yuxarılara “salam” verdikdən sonra postlarını qoruya bildilər. Vəziyyətlərini və vəzifələrini qoruya bildilər birtəhər olsa da. Məhz ondan sonra bir sıra verilişlər qayçılanmağa, xarici kliplərin verilməsi azaldıldı. “Milli Mədəni İrsin”  qorunması ilə bağlı süjetləri artırdılar. Evləndirmə verilişlərini də bir ara bağlamışdılar. Yenə də kiməsə “salam” verib açdırdılar yəqin ki.

Ümumilikdə ATV- nin qara siyahıya düşməsi telekanalın sonuncu ad günündə prezidentlərinin 3000/4000 azn bəlkə də daha çox pulu şabaş kimi istifadəsi və ad günü party-sinin çox təntənəli şəkildə qeyd edilməsi, bunun da yuxarıların diqqətindən yayınmadığı faktıdır. Müdiriyyətin işçiləri oynadıb onlara pul paylaması onsuzda az olan reputasiyaya ciddi zərbə vurdu. Əslinə qalanda pul xərclənməsi Azərbaycan reallığında adi bir hal sayılır. Nazirlərin uşaqlarının toylarının hansı pullar bahasına keçirildiyi haqqında hərkəsin məlumatı var. Sadəcə olaraq bu halda yuxarıya çatacaq pulların miqdarı da çoxalır.

ATV-çilərin ən böyük səhvi isə 2010-un 31 dekabrında prezidentin çıxışı zamanı araya Şrek şəkli qoyulması oldu. Həmişəki Şrek Prezidentin çıxışını ikiyə böldü. Texniki işçilər məsələyə ani reaksiya versələrdə bu artıq kanalın qara siyahiya düşməsini əngəlləyə bilmədi. Hər halda bu ölkədə avtoritar rejimin olması, Ümummilli liderlərini tanrı səviyyəsinə gətirən bir hakimiyyət özünün hazırkı “liderinə” “Həmişəki Şrek” obrazı yaraşdıran bir rəhbərliyin qulağını burmadığı  qeyri realdır. Yəqin ki, ATV rəhbərliyinə ciddi qulaq burması verilmişdi o zaman. Böyük ehtimal ki, ikinci qulaqburması “Həmişəki Şrek, ilham Əliyevin çıxışı” zamanı olub. Üçüncü qulaqburması isə telekanalın adının dəyişməsi ilə olsa heçdə təəcüblənmərəm. Çünki bu ölkədə heçnə cəzasız qalmır. ATV rəhbərliyi 365 gündə başa salmağa çalışsa da ki, o texniki səhv idi. Bu hakimiyyət onları anlayan deyil. Adnan və Emini eşşək videosuna görə cəzalandıran hakimiyyətin ATV rəhbərliyinə necə cəza verəcəyi biraz qaranlıq və çox maraqlıdır şəxsən mənə.

Yəni ki, ATV -nin 2012 ci ilin ilk 6 ayı üçün ad dəyişməsinə gedəcəyi xəbərləri elədə boşuna yaranmayıb. Emblem dəyişikliyində sonra ad dəyişikliyi də artıq yoldadır. Müdiriyyətin dəyişəcəyi, qalıb qalmayacağı haqqında isə heç bir məlumat yoxdur. Hər halda bu məsələnin bir həlli yolu var oda bir az gözləmək.

PSHəmişəki Şrek İlham Əliyev video roliki vəya ATV- çilərin texniki səhvi 😛

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma