Bloglarda “Ordu” həftəsi…


Bloggerlə düşünüb bir neçə ay bundan qabaq bloglarda həftələr  etməyi qərarlaşdırmışdıq. İlk olaraq Bloglarda Kitab həftəsi keçirtdik. Bir çox blogger və blog yazmayan internet istifadəçiləri bu həftəyə dəstək verdi. Bir çox yazılar yazıldı. Və ictimaiyyətin diqqətini bu həftədə kitablara daha çox cəlb edə bildik. Son zamanlar bloglarda həftələri etmirdik. İşlərimizin çoxluğu bəzən bloq yazmağı azaltmağa vadar edir bir çoxumuzu.

Son zamanlar Azərbaycan ordusunda baş verənlər hər kəsin diqqətini cəlb etməyə bilməz. İlin 9 ayında 73 hərbçi itirən orduda vəziyyətin nə dərəcədə ağır olduğu göz qabaqındadır. Bugün səhər xəbər saytlarında gedən məlumat o idi ki, Milli Ordumuz  2 əsgərini daha itirib. Buda edir Oktyabr ayının son günüdə 88 ci hərbçimizin ölümü…

Analoqu olmayan ölkədə, analoqu olmayan inkişaf tempi ilə inkişaf edən Azərbaycan “Atəşkəs” dövründə 88 hərbçisini itirib. Bu hərbçilərin böyük əksəriyyəti səngərdə, düşmən gülləsi ilə yox adi məişət vəya hansısa xəstəlikdən həlak olublar yada dünyalarını dəyişiblər.

Sırf bu məsələyə bizim fikrimizcə hər bir blogger öz münasibətini bildiməlidir. Burda artıq vətəndaş mövqeyi əsas tələblərdəndir. Bloggerlərlə bu dəfə Ordu Həftəsinə başlamaq qərarı almışıq. Yaxın 13-14 gün ərzində hər blogger ən azı bir yazı yazsa bu problem haqqında Azərbaycan bloqosferası ən azından bu məsələnin öz ətrafında aktuallığını itirməsinə imkan verməz.  Hər bir blogger müəyyən qədər oxuyucuya malikdir. Ən azından öz oxuyucusuna çatdırmalıdır fikrini…

Ordusunun büdcəsinin Ermənistan dövlətinin büdcəsindən artıq olduğunu fəxrlə deyən Ali Baş Komandan və Müdafiə Naziri bu ölümlərə bir reaksiya vermirlərsə məsələnin nə dərəcədə ciddi olduğunu anlamaq elə də çətin deyil.

Həkim səhvinin nəticəsində dünyasını dəyişmiş əsgər Eldar Novruzovun atası

mətbuata son verdiyi müsahibədə  ağzını tikərək ölüm aclığına başlayacağını bəlkə o zaman Ali Baş Komandanın oğlunun ölümünə bir reaksiya verəcəyinə inandığını bildirib. Yəni ki vəziyyət artıq bu həddə gəlib çıxıb artıq.

Oğlunu orduya sağlam göndərib tabutda geri alan ata oğlunun ölüm səbəbini bilmək üçün ölüm aclığı edir…

Bloglarda “Ordu” həftəsi…” üçün bir cavab

  1. Geri bildiriş: Bloglarda Ordu Həftəsi (linklər) « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma