“Rüşvətlə mübarizə” kampaniyası


“Rüşvətlə mübarizə” kampaniyası çərçivəsində Əvəz Zeynallını həbs etdilər.

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı keçirilən məhkəmə iclası saat 22:20 radələrində başa çatıb. Vəkil Elçin Sadıqov jurnalistlərə açıqlama verərək bildirib ki, məhkəmə Ə. Zeynallı barədə 3 aylıq həbs qətimkan tədbiri seçdi. Baş redaktor Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 (Rüşvət tələb etmə) maddələri ilə ittiham olunur. Baş redaktor millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

Bunu oxuyub nə olub sual versəz, deyərəm ki, Əvəz Bəyi həbs ediblər.

Nə üstündə sualına cavab kimi isə milli deputxananın milli deputatı olan Gülər Əhmədova xanımın şikayəti əsasında deyərəm.

Bunun olacağı gözlənilən idi. Bunu Əvəz Bəy özü də bilirdi. 

O, özü də bilirdi ki, onu həbs edəcəklər. Axı o, ancaq sözün düzünü deyirdi. Kəskin formada sözünü deməkdən çəkinmirdi. Özünün yaratdığı Xuralı əziyyətlər bahasına olsa da ayaqda saxlayırdı.

Xuralın gündəlik qazetə çevrilməsindən qorxanlar Əvəz bəyə, Xurala açıq aşkar tərbiyəsizcəsinə hücuma keçdilər. Əslində bunlardan tərbiyə, qanacaq gözləmək axmaqlıqdır. Bunlarda pul, para, maşın, milyardlar olsa da tərbiyə, qanacaq, şərəf, ləyaqət yoxdur. Bunların əllərindən gələn elə ancaq budur. Şərəfli insanları özününkü edə bilməyib həbsə atmaq.

Əvəz bəyin iki statusunu yadıma salıram.

Birincisi o idi ki :

Həbs olunmağa hazırlaşıram!

İkincisi isə :

Mübarizənin insanın başına gətirdiyi hər fəlakət gözəldir!

statusu idi .

Hər iki status , hər iki fikir həqiqətən Əvəz Zeynallının nə dərəcədə öz fikrinə sadiq bir adam olduğunu sübut edir… O , həbs olunmağa hazırlaşırdı. İlhamda onun sözünü yerə salmadı. Qoymadı onlara oxşasın Əvəz Zeynallı. Həbsə yolladı Baş redaktorunu Xuralın. Eynulla Fətullayevin yeri çox az zaman ərzində boş qaldı.

Özləri rüşvətin yekəsini alanlar rüşvət almaq böhtanını verdilər Əvəz Zeynallıya!

‎PS. 3-4 saat ərzində Azərbaycan Twitterinin trendlərini hesablayan Aztwi.com saytının indilərdə paylaşdığı statistikaya əsasən ən çox istifadə edilən sözlər (haştaqlar) Əvəz, Evez, Zeynalli, AvazZeynalli olub. Əvəz bəyin adı Azərbaycan trendinə düşərkən isə o, özü həbsxana yolunda idi…

“Rüşvətlə mübarizə” kampaniyası” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma