Yağışlı havaların Bakısı…


Bu statusu dünən yazmışdım bugün bekarçılıq idi dedim ki statusu blog yazısı halına salım…

Həyətdə yağışa baxa-baxa siqaret çəkirdim. Romantika falan yoxdur, düşünürəm ki, səhər yenə şəhər su gölləri ilə dolu olacaq, işlərimizi yağışın altında görəcəyik, axırda Hacıbalanı yenə Aparata çağırıb, “aparata” salıb şillələyəcəklər ki, Bakıya niyə yağış yağıb…

Seymur Baycan demişkən yağış da varlılar üçündür.

Pulun varsa yağış yağanda sevdiyin qızı götürüb Teleqüllədə yerləşən restoranda oturub qırmızı şərab içərsən sonra da beynin dumanlı şəkildə oturub şəhərin necə də gözəl olduğuna baxarsan.

Pulun varsa dostuna zəng edərsən maşınla şəhərə çıxıb şəhərdə bir iki tur atıb yağışın maşını necə döyəclədiyinə qulaq asarsan.

Pulun varsa ən pisi evdə isti otağında uzanarsan hansısa içkidən içə-içə payızın kefini tutarsan, zəng edərsən dostlarla, sevgililərə necədə həyatın gözəl olduğunu anladarsan.

Yoxsa…

Yağış yağanda sən evinin tavanından axan suyun altına qazan, vedrə tapmırsansa…

Yağış yağanda pəncərədən yağışa baxıb ayaqqabının su buraxdığını bilib ayağına keçirəcəyin ikinci sellafon axtarırsansa…

Yağış yağanda sevdiyin qızı yox işdə yenə yağışın altında 10-12 saat keçirəcəyini sonra da maaşının böyük hissəsini soyuqdəymə əleyhinə dərmana verəcəyini  düşünürsənsə…

Şəhərdə gəzərkən “mədəniyyətli” sürücülərin sürətlə yanından keçib suyu sənin üzərinə boşaldacağını, Bakının kanalizasiya xətlərinin şəhərdə gölləri yaradacığını düşünürsənsə…

Yağış, süni romantika sənin nəyinə gərək?!

Ona görə sənin üçün ən yaxşısı telefonunu çıxart Bakcell Facebooku pulsuz edib bir iki yağışa aid status guplat…

Biraz imkanın varsa evdə kompu işə sal yağış statuslarını ordan itələ facebboka zorla beynimizə…

Etibar Salmanlı (Etibarlı)

Yağışlı havaların Bakısı…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma