Qorxu…


Ölkənin 80-90%-i yaşadığı vəziyyətdən narazıdır. Bu narazıçılıq özünü əvvəlkiillərdən daha qabarıq göstərir. Hərkəs demək olar ki, səhər yediyi səhər yeməyindən də narazıdır. Ancaq hələ ki, bu  etiraz özünü çıxışlarda, tv debatlarda, insanların bir-birinə münasibətində, videolarda göstərmir. Qismən internet sorğularında bu narazıçılığı izləyə bilirik.

2 nəfər bir-biri ilə söhbət edərkən belə ürəyində olan əks, müxalif fikirləri dilinə gətirməyə ehtiyat edir. Hansı ki, o qarşı tərəfi də özün seçirsən. Sənin fikrini 3cü bir nöqtəyə çatdırması reallıqdan uzaqdır. (Azərbaycan “reallıqını” nəzərə almıram)

Ancaq daxilə zorla yeridilmiş qorxu, həmişə izlənilirəm kimi fikirlər sonda manqurtlaşdırılmağa gətirib çıxarır. Əslində bu qorxunu məğlub etmək çətin bir iş deyil. Məğlubedilməz anlayışı da yoxdur. Ən güclü dayaqlara malik olan nələrsə də hansısa bir boşluqa malikdir. Və o boşluq məhz o məğlubedilməzliyin əbədi olmadığına bariz  bir sübutdur.

Olmayacaq, alınmayacaq, mübarizə aparmağa dəyməz, sonda məğlub olacaqam kimi fikirlər əslində qazanılacaq bir uğur üçün “ilham”verici sözlərdir. Sırf ona görə mübarizə hər zaman davam etməlidir. Dilində , yazında vaz keçdim, istəmirəm, məğlub oldum, sevmirəm vəs. deyə bilərsən. Lap desən də mübarizədən geriyə çəkilmək olmaz. Mübarizə 100% – in 1%-i üçündə olsa da  pessimistləşmək olmaz…Şəxsən mən özüm elə edirəm 1% olsa da…Davam!

“Ümummilli” qorxunun bitdiyi, qorxanların qorxu xofunu üzərlərindən atacaqları bir gün gələcək. Biraz tez, biraz gec. Bütün qorxu dayaqlarının dağılması çoxminlik qorxu dayaqlarından birinin laxlaması bəsdir. Sadəcə laxlaması… Sonrası isə məşhur mahnıda deyildiyi kimi olacaq.

“Çoçuklar inanın, inanın çoçuklar, güzel günler göreceğiz, güneşli günler…”

Ps-1. Preslənmiş qorxunun sonda hansı nəticələrə gətirib çıxardığı haqqında yüzlərlə misallar var. Sonuncu isə Qəddafi hadisəsində dünyaya nümayiş etdirildi. Qəddafinin özünün yaratdığı qorxu imperiyası sonda öz başına vurulan güllə ilə bitdi. Onu heç kim öldürmədi. O, özü – özünü güllələtdirdi yaratdığı qorxu xofu ilə.

Ps-2. Bir daha qeyd edirəm bu yazını siyasi sistemə, şəxsə həsr eləməmişəm. Adi həyata baxıb dediyim söhbəti hər kəs görə bilər.

 

Etibar Salmanlı (Etibarlı)

Bazaletti 2011

Qorxu…” üçün 7 cavab

  1. Beli hopdurulmush xofdan hansi yolla olur olsun cixmaq gerekdir.Bu ishde ziyalilarin emeyi daha vacibdir.Bu movzuda yazilan her bir yazi oz ishini gorecek.Ziyalilardan xahishim budur ki,dayanmadan bu xof mashininin dagidilmasi temasina tekrar -tekrar toxunsunlar.Boyuk xoflardan xilas olmaga gucleri catmirsa hec olmasa kicik xoflardan cixmaga cehd etsinler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma