Ordunun içində olan bir iki hal…


Son zamanların ən ciddi məsələsidir ordumuzun halı. Hər halda 9 ayda 73 itki zarafat deyil. Ordu müharibə etmədən, işğalda olan torpaqları azad eləməyə imkan tapmamış 73 hərçisini itirir. Hərbçi öləcəksə əgər döyüş meydanında ölməlidir. Yoxsa qeyri səbəblərdən olan ölüm halları artıq cinayət faktlarıdır. Onun da birbaşa cavabdehi Ali Baş Komandan İlham Əliyev və Müdafiə nazir Səfər Əbiyevdir. Ölkə döyüşmədən 9 ayda 73 əsgər itirir və cavabdehlərdə sakitcə vəziyyəti izləyirlər. Ali Baş Komandan istefa verən deyil. Ancaq Səfər Əbiyev bu biabırçılıqlara istefa ilə qarşılıq verməlidir. Ancaq vermir hətta oğlu vəzifəyə təyin edilir. İlin axırına dək 100 hərbçi itkisi olsa daha da mükafat artırılar yəqin ki.

Mən özüm 2008/2009 cu illərdə Azərbaycan Ordusunda xidmət etmişəm. Buna xidmət demək olmaz vaxtımı keçirmişəm. Məhz orda gördüyüm bir çox halın ikisini qeyd edəcəyəm. Birinci halda əsgər yoldaşımın ayağının şişməsidir. Əsgərin ayağının əzilməsi ilə başladı və Tibb Məntəqəsində ayağına vurulan iynə nəticəsində 2 gündən sonra əsgər tamamilə ayağa dura bilmirdi. Sadəcə olaraq ailəsinin imkanlı olmasının nəticəsi o oldu ki, atası onu hərbi hissədən götürüb Bakıda xəstəxanaların birində əməliyyat etdirdi. Və problemin qarşısı böyümədən alındı. Bakıda əməliyyatı keçirən həkim əsgərin ailəsinə bildirmişdi ki, geciksə idiz xəstəlik irəli gedəcəkdi və sonda əsgərin ayağının kəsilməsi ilə nəticələnəkmiş…

İkinci halda isə öz başıma gələn bir hadisə idi. Dişimdə yaranan bir problemə görə 1 həftə Tibb Məntəqəsinə gedib gəldim axırda rayon mərkəzinə getmək haqqında qərar verildi hərbi hissə rəhbərliyi tərəfindən. Rayon mərkəzində maşından düşəndə gəldiyimiz yerin Stamatoloq yox Baytar olduğunu gördüm. Qəti şəkildə etiraz edərək hərbi hissəyə qayıtdım. Üstündən 1-2 həftə keçəndən sonra güc bəla icazə alaraq Bakıya gəldim və dişimi müalicə etdirdim. Ancaq hansı ki, ordu 1 il müddətində əsgəri qorumalıdır. Yəqin ki, mən baytarda müalicəni qəbul etsə idim hansı problemlər yarancağını təsəvvür etmək olmur…

Sırf son günlərin əsas məsələsi olan əsgər Eldar Novruzovun hərbi xidməti bitirməyə az qalmış ölməsi(öldürülməsi) də sırf yanlış müalicənin nəticəsi idi. Mənim şəxsi fikrimdir ki, o əsgərə vurulan son iynə onun ölümünə səbəb olub. Və o iynə bilərəkdən öz cinayətlərinin üstünü örtmək üçün vurulmuşdur. Bir cinayətin ört-basdır edilməsi üçün ikinci cinayət işlənib. Və Ali Baş Komandan da Lazımı gözləyir. Lazım gələnə qədər isə nə qədər hərbçi itirəcək Azərbaycan ordusu? Bunu Səfər Əbiyev və İlham Əliyev cənabları bilər.

Ordunun içində olan bir iki hal…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma