Hacıbala, Bakı və yağış…


Saat 08-42 : Bakı şəhərinəAbşeron yarımadasına Bakı şəhərinin meri Hacıbala Abutalıbov cənablarından icazəsiz olaraq ciddi şəkildə yağış yağmağa başlamışdır.

Saat 11-25 : Bakı şəhərinə yağan yağış nəqliyyatın və insanların hərəkətinə əngəl törədir.Saat 13-00: Yağışın nəticəsində bir çox tədbir həmçinin bu gün keçirilməli olan iki film nümayişi təxirə salındı xəbərləri yayılır sosial şəbəkələrdə.

Saat 16-00: Yağış nisbətən səngiyib və İRFS in foto müxbiri Mehman Hüseynov leysanda çəkdiyi şəkilləri İRFS-in saytına və öz Facebook profilinə yükləyir.Saat 18-00: Bakı şəhərinin meri Hacıbala Abutalıbov müəllim İçərişəhər metrosunun yaxınlığında yerləşən öz ofisində oturub yağmış yağışı və onu tarixin yaddaşına köçürən Mehman Hüseynovu lənətləyir.

Saat 18-57 : İçərişəhər metrosunun yaxınlığında yerləşən öz ofisində oturmuş Bakı şəhərinin merinə Prezident Aparatından zəng gəlir  və mer sürətli şəkildə ofisini tərk edir…Saat 19-00 : Etibarlı mənbədən aldığımız məlumata görə Bakı Şəhərinin meri Hacıbala Abutalıbovun rəsmi maşını Prezident Aparatının ərazisininə daxil olarkən görülmüşdür.

Saat 20-25 : Bakı Şəhərinin meri Hacıbala Abutalıbovun rəsmi maşını sürətli şəkildə ərazidən uzaqlaşdığı görülmüşdür.Saat 20-45Bakı Şəhərinin meri Hacıbala Abutalıbov müəllim ağır bədən xəsarətləri ilə 5 saylı xəstəxanaya çatdırılmışdır.

Saat 21-00 : Merin həkiminin jurnalistlərə verdiyi məlumatda yoldaş Abutalıbovun arxasında 44-45 ölçülü ayaqqabı izi, hər iki qulağının ciddi şəkildə dartılması, boynunun arxasında isə qırmızımtıl ləkələrin olduğu bildirilmişdir.Saat 21-07 : Prezident Aparatının mətbuat xidmətinin verdiyi məlumata görə Bakı şəhərinin merinin  bu gün Prezident Aparatına gəlmədiyi, həkimin dediyi qızarıqlar və xəsarətlərin Allah tərəfindən verilmiş bir bəla olduğu bildirilmişdir.

Saat 22-00 : Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı press relizdə paytaxtın Qış ayına tam hazır olduğu bildirilmişdir…

 

By : Etibar Salmanlı (Etibarlı)

Fotolar : Mehman Hüseynov (İRFS)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma