Sözün düzü və qorxu…


2-3 gündür elə bir maraqlı söhbət olmurdu yazmağa. Həvəs də olmurdu heç. Başımız qarışıq idi azmaz. Bu gün bir iki söz yazmaq istərdim. Aşaqıdakı şəkilə baxmağınızı istərdim. Heydər Əliyev Meydanına Xidmət edirlər. Adları, familiyaları, mobil telefonları yer olsa idi hətta emaillərini də yazardılar bura. Çünki bu meydana onlar evlərində analarına, həyat yoldaşlarına, uşaqlarına baxdıqları kimi yox gözlərinin ağı-qarası kimi baxırlar. Uşaqlarının o meydandakı yaşıllıqları tapdalamasını görsələr uşağın halını təsəvvür eləmək istəmirəm. Lazım olsa günlərinin 24 saatını meydanda iməclik işlərinə həsr edərlər. Soruşsan niyə belə edirsən, deyəcək ki, uşaqlarıma çörək pulu qazanıram da.Nəisə…

Sözün düzü bu ölkədə bir çox insan Heydər Əliyev irsinin timsalında İlham Əliyevə xidmət edirlər. Kimi açıq şəkildə, kimi gizli şəkildə ancaq xidmət edirlər. Şairlər şeirləri ilə, yazıçılar yazıları ilə, müğənnilər mahnıları, bəstəkarlar isə bəstələri ilə. Nəisə…

Çoxları qorxusu ilə xidmət edir. O qorxu saxlayır hakimiyyət başında dövlətə, xalqa layiq olmayanları yuxarıda. Öz yerlərində möhkəm olmağa daha da, sövq edir bu qorxu çoxlarının içərisində. Əslində o qorxu İlhamdan qorxmaq deyil. O qorxu hakimiyyət işçisindən qorxmaq deyil.

O qorxu fərdin özünün özündən qorxmasıdır. O, qorxur ki, işdən qovulsa ac qalacaq. Ailəsi təzyiqlərə dözməyəcək. Əgər o, həbs olsa qorxur ki, işgəncələrə (fiziki yaxud mənəvi) dözməyəcək. Yəni ki, özündən qorxur. Özünün daxilində ki, qorxunu məğlub etsə artıq bu rejim öz əsas xidmətçilərini itirəcək və mübarizənin əsas mərhələsi başlayacaq… İndi hazırlıq mərhələsidir…Yenə də nəisə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma