Gülər Əhmədova-dan seçmələr…


Bu yaxınlarda (2-3 qabaq) bir tədbirə dəvət edilmişdik. Tədbir lap maraqlı keçməsədə darıxdırıcı da olmadı. Maraqlı söhbətlər, müzakirələrlə bol oldu. 4-5 saat Yeni Media və Hüquq məsələlərinə aid bir çox ciddi fikirlər səsləndirildi. Tədbir haqqında press reliz yazmaq kimi fikrim olmadığından əsas söhbətə keçmək istərdim.

Tədbirin ilk hissəsində Diffomasiya qanunu haqqında müzakirələr gedirdi. Eynulla Fətullayev, İlqar Mirzə vəs. jurnalist və bloggerlər Vüsalə Əlibəylinin moderatorluğu ilə qanunu müzakirə edirdilər. Müzakirələr zamanı Erkin Qədirli qanuna aid bir iki fikir söylədi. Erkin bəyin ardıyca Gülər Əhmədova da mikrafon götürərək öz fikirləri ilə bizi məlumatlandırdı. Diffomasiya qanunu haqqında çox az danışsa da, ümumilikdə maraqlı çıxış elədi. Onun çıxışından bəzi punktları qeyd kitabçama qeyd etmişdim. Sizinlə paylaşmağı özümə borc bilirəm… 😛

1- 3qat deputatam, iqtidar yönlüyəm, psixoloqam, qazet redaktoruyam, sayt redaktoruyam, amerikada iki dəfə olmuşam, avropa çox olmuşam, diffomasiya qanununa qarşıyam ancaq həyatda çox kövrək bir insanam.

2- Debatlarda qarşılaşdığım ən kövrək insanlar Erkin Qədirli və Xədicə İsmayılova-dır.

3- Ümumi işlərdə səmimi olmaq lazımdır.

4- Erkin Qədirli bu tədbirdə çıxışında qeyri-səmimi idi.

(Erkin Qədirli bu yerdə “Səmimi olsaydım” sizinlə işləyərdim deyə cavab verdi)

5- Diffomasiya qanunu qəbul edilsə camaat donuz sözünə görə bir birini təpiyin altına salacaq.

6- Amerika ana söyüşünə görə heçnə etməsələrdə burda o söyüşə söyülən kəs söyən kəsi bıçaqlayacaq.

7- Milli Məclisə QHT sferasından gəlmiş ilk qadınam…

PS. Mənə Gülər xanım çıxış edərkən zəng gəldiyinə görə və bayırda telefonla danışdığımdan daha çox “inci” sizə təqdim edə bilmirəm… 😛

Gülər Əhmədova-dan seçmələr…” üçün 4 cavab

Etibarli üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma