Səmimi olan (g)irəli və PAZ-lar…


Fevral ayı idi. Facebook dostluqumda (g)İrəlidən 7-8 nəfər var idi. Məni tanıyan uşaqlar bilir ki, sözün düzünü deyən düşmənim də olsa ona hörmətlə yanaşıram. Həmin ərəfədə Gənclər günü keçirirdi bizim diktatorluğa cəhd edən əmimiz. (əlindən bir iş gəlmir diktatorda ola bilmir heç 😛 ) Mən onda yazmışdım ki, bu bayram özünə demokrat deyən gənclərin deyil. Heydərin gorunun qabağında dombalanlarındır. (Yeri gəlmişkən Dan Balan Elmlər Tərəfdə konsert vermek istəyir. Dombalanların şərəfinə. O, Dan Balan bunlar isə DonBalan bir hərf söhbəti eləməyəcəyik ki, kişi ilə.) Nəisə. O ərəfədə 19 yaşlı gənc Cabbar Savalanlı cibinə narkotik atılaraq həbs edilmişdi. Göstərmişdilər xalqa gənclərə verdikləri dəyəri. Mən ona həsr edib Sizin Bayramıvızı…  yazını yazmışdım. (g)İrəliçilər bizi təhqir edirsən deyib məni sildilər 2-3ü qaldı. Ardınca Elmin Həsənlinin adı yadımdan çıxan bir yazısını paylaşdım gənclər günü ilə bağlı kim qalmışdı dostluğumda hamısı sildi məni. Özləri bilərlər. Ancaq mən silənlərə bir mesaj yazdım ki, səmimiyyət əsasdır. Səmimimiyyət isə (g)İrəliçiyə xas olan bir şey deyil. Bloqosfer2011 -də katibləri özünü cool göstərmək istədi ancaq ki, alınmadı. Təşkilatın ikinci adamının o səviyyədə olması göstərdi ki, bunlar nədir yada kimdirlər. Orda səviyyəli gənclər var. Ordadırlarsa (g)İrəlidən istifadə edirlər. Zor edirlər. Mənimlə NJM -də oxuyan bir (g)İrəliçi qız demişdi ki, onlar mənə lahiyələrimin keçməsi üçün alətdirlər. Düz də demişdi. Alətdirlər adi bir instrument. İstifadə müddəti bitəndən sonra tullayırsan zibil yeşiyinə. Bu gün olan söhbət isə son elədikləridir. Bloqosfer2011 -də olarkən müzakirələrdə və hətta təqdimatda Azblog.Org haqqında çıxışlar etmişdik. Və Azblogda biz səmimiyyətimizi qoruyaraq (g)İrəliçilərədə tribuna vermişik. Çünki ideyamız ayrı-seçkilik eləməyə imkan vermir. Ancaq nə etdilər durub Veblog lahiyəsi yaratdılar. Sözün düzü lahiyəni dəstəkləyirəm çünki Azərbaycan Bloqosferasının inkişafına yardım edə biləcək bir işdir. Ancaq About səhifəsində yenə başlayıblar, ilk və tək, analoqsuz, yalnız bizdə kimi yazıları yazmaqa. Bu artıq səmimiyyətsizliyin son həddidir hətta tərbiyəsizlikdir.(Əminəm ki, yuxarıda yazdığlarıma görə onlarda məni tərbiyəsiz adlandıracaqlar) Ona görə bu ilk yazı olsun.  (g)İrəli üçün silsilə olaraq Azərbaycanın regionlarından PAZ sifariş etmişəm. PAZ -lar bir-bir gələcək (g)İrəli üçün…

PS. Son zamanlar (g)İrəliçilər küçə söhbətləri edirlər. Məhlə söhbətləri filan. Gəl bizim məhləyə “razbirat” söhbəti, oyan buyam filan…İnanıram ki, Yasamal qəbiristanlığına yada harasa dəvətnamə yollamazlar… 😛

Səmimi olan (g)irəli və PAZ-lar…” üçün 4 cavab

orxan üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma