Apardı sellər Saranı mahnısına kreativ yanaşma


Azərbaycan xalq mahnısı olan “Apardı sellər Saranı” bir çox insan tərəfindən sevilir. Hər halda azəri xalqı gözəl musiqiləri ilə indi də dünyanı heyrətləndirir. Sonuncu Eurovision mahnı müsabiqəsində “alınan” qələbə buna bir sübut ola bilər. Bütün dünya bu musiqilər üstündə baş sındırır.

Mən də bu qəhrəman xalqın bir nümayəndəsi olaraq creativliyimi işə salıb mahnılarımızdan birini təhlil vəya analiz etməyi qərarlaşdırdım. Buna siz kreativ yanaşma da deyə bilərsiz.

Mahnı çox ciddi və beynəmiləl mahnıdır. Niyəsini indi açıqlayım sizin üçün.

Mahnıda adı istifadə edilən Seller əslən yəhudidir və  Saranı aparmaqla günahlandırılır. Ancaq türkün sözü yargısız infaz edirlər burda Selleri. Çünki Seller Saranı zorla aparmayıb. Sara öz xoşu ilə Seller ilə gedib. Hər halda İsraildə yaşamaq var ikən Sara gic zaddır ki, o istidə muğanda qalsın ? İsrail hara isti, ağcaqanad və susuzluq problemi olan muğan hara… Məntiqlə belədir bu məsələ.

Sarahın kökünü araşdıranda daha maraqlı bir məsələ ortaya çıxır. Saranın tanınmış Sarah Connorla qohumluğundan az adam məlumatlıdır məncə. Sırf Saraya həsr edib Sarah Connor From Sara with love mahnısını. Sara Seller ilə gedib və qohumu olan Sarah Connor Saradan sevgilərlə mahnısını yazır…

Mən bu mahnının lap diblərinə getmirəm çünki azacağam, boğulacağam. Ona görə elə burda bitirərək sizlərə mahnılardan həzz alın deyirəm… 😛

Apardı sellər Saranı mahnısına kreativ yanaşma” üçün bir cavab

biowaterfowl üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma