Milli Net Müsabiqəsi…


Sentyabrın 15- ində AİF (Azərbaycan İnternet Forumu) Milli Net İnternet Mükakafatı üçün saytların qəbulunu başlatdı. Bu mükafat mill internet resurslarının inkişaf  və stimul etdirilməsi üçün təsis edilib. Və mənim fikrimcə yaxşı ideyadır. Təsisçilərə təşəkkür eləmək lazımdır. Fikrim mükafat haqqında yazmaq yox əsasən iştirakçılardan vəya iştirakçı olan və olacaq saytlar barəsindədir.

Bu ilki mükafat üçün əsas mübarizə mənim fikrimcə Bloqlar kateqoriyasında gedəcək. Sırf bu kateqoriyadan başqa kateqoriyada güclü mübarizənin, rəqabətin gedəcəyini proqnozlaşdırmıram. Qeydiyyat 2 gündür başlasa da artıq 12 blogger öz bloqunu qeydiyyat keçirib. Və qeydiyyatın bitməsinə 59 gün var hələ. Fikrimcə bu kateqoriyada 100 dən çox blogger öz bloqunu təqdim edəcək. Mənə şəxsən qalib olacaq bloq çox maraqlıdır. Ölüb eləməsək qalibi görərik və təbrik də edərik ürəkdən. Çünki bu ilki bloq kateqoriyasının qalibi təşəkkürün ən səmimisinə layiq olacaq…

Mən özüm də iki bloqu qeydiyyatdan keçirmişəm müsabiqədən. Birinci bloq hal hazırda oxuduğunuz “Etibarlı Mənbə” başlıqı ilə öz şəxsi bloqumdur. Digəri isə adminlərindən biri olduğum N!DA Vətəndaş Hərəkatı” nın bloqudur...

İştirak edən hərkəsə uğurlar!!!

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma