Mentalitet və yaxud Mentualet…


Bu həftə bloglarda davam eden aksiyalarımızın bu dəfəki mövzusu haqqında yazıram. Əslinə qalanda fikrimdə tutmuşdum ki, bu həftə ki, mövzuya aid yazı yazmayacağam. Çünki bu mövzu iyrəndirir məni. Bu mövzu əslində yazılası bir mövzudur ancaq Azərbaycanlıların süniliyi ucbatından vəziyyəti çox ağırdı.

Bu mövzuya oxşar bir mövzuda bir dəfə Nərmin Həsənli yazmışdı. Qız uşağının “işi” və “hüquq” -ları haqqında… Davam etdirmədi.

İndi əlimizdə bir imkan var ki, bir az mövzuya türkün sözü dalmağa… (Ama əslində indi bir iki misal verəcəyəm ki, o misallara baxıb çoxda uzun bir şey yazmağın lazımsız olmasını anlamaq olar.

Azərbaycanda inkişafın qarşısını alan iki ciddi səbəb var. Birincisi Dindir ikincisi isə Mentualet. İkisi bir birindən bəhrələnir. Mentualeti dəstəkləyənlərin sözləri bitən kimi Dindən misallarla özlərini sudan quru çıxatmağa çalışırlar…Yada ki, heç sözləri bitməyən vaxt olsun dediklərini daha da gücləndirmək üçün Dindən istifadə edirlər. Dindarlar lap aləmdir bir balaca çətinliyə düşən kimi özlərini dindar kimi yox dünyavi insan kimi göstərmək istəyəndə Mentualetdən istifadə edirlər. Yenə saxtakar və suni Azərbaycanlı sindromu…

Bu screenşotu bayaq görüb çəkdim. Bu şəkili mentalitetə vəya Dinə yazmaq fikrində deyiləm. Sadəcə baxıb fikirləşmək üçün qoydum bura. Buna şərh verəcək qədər özümü hazır hiss etmirəm…)

Mentualet məsələsinə Bulistan Group öz videolarında çox gözəl cavab vermişdi. Ancaq bizim ağıllı, kamallı, dünyagörmüş azərbaycanlılar youtubda şərhlərdə çox maraqlı söyüşlərlə cavablar vermişdilər. Belə baxanda nə eləsinlər əllərindən ancaq klaviatura arxasından söyüş yazmaq gəlir. Bacarsa idilər əks bir video çəkib mentualetin görmədiyimiz “yaxşı” cəhətlərini göstərərdilər. Ancaq bacarmadılar.

Mentualet 21 ci əsr insanının istəklərinin qarşısında olan trampilinə bənzəyir.  Hansı ki, küçələrə qoyurlar sürətin azaldılmasına xidmət eləsin. Sürətli sürmək istəyən maşını ilə o trampilinə önəm vermədən keçir trampilinin üstündən. Ancaq maşınına ziyan dəyir. Bax Mentualetdə inkişafın sürətinin qarşısını almaq üçün qoyulmuş bir trampilindir. Kimlər ki, onu qəbul etmir ciddi “ziyana” (təhqirə, ictimai qınağa, qıcığa ) tuş gəlir cəmiyyət bu geridə qalmağı qəbul edən cəmiyyət tərəfdən…Qoy olsun ictimai qınaq, qıcıq… Qıcıq olmadan inkişaf eləmək olmaz… İnkişafın qarşısını alacaq hər bir maneə sonda məğlubiyyətlə nəticələnəcəkdir.

Möhkəm olun!!!

Ps. İnanıram ki, indi şərhlər gələcək ən yaxşısı dakı yaşamaq istəmirsən çıx get Azərbaycandan zad… Və ekskluziv söyüşlər… Mədəniyyət, Səviyyə!!! 😛

Yazı Bloglarda “Mentalitet və yaxud…” Həftəsinə həsr edilmişdir…

Etibar Salmanlı (Etibarlı)

Mentalitet və yaxud Mentualet…” üçün 3 cavab

  1. mentalitetden men de yazmisham bu yaxinda. hech heftenin adindan xeberim olmadan. ama her kes uchun achiq deyil:) sen mene oyret gorum blogspot-da gizli yazi nece yazilir. yani yalniz men oxumagini istediyim adamlar oxusun

  2. Geri bildiriş: Mentalitet – kişilər tualeti ! | Özünüdərk·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma