Bakının küçələrində…


Bugünümü apar tulla bir zibil yeşiyinə qapağını da bağla. Hətta  deyərdim ki, yazanı da at o zibil yeşiyinə. Zibil yeşiyini də Xəzərin dərinliyinə tulla getsin.

Bu gün üçün bir sıra planlarım var idi. Bir ikisini çıxmaq şərti ilə (xırdalasaq biri ancaq demək olar) hamısı demək olar ki, hamısı plandan qırağa çxdı. Səbəb ? Xuy evo znaet. yəni ki Allah bilir…

Günorta bir iki video çəkiliş etməli idik. Bir dənə düz gələn o  məsələ oldu. Video roliklər çəkildi. Kimin əziyyəti varsa halal etsin … Etməsə də olar…

Çəkilişlərdən sonra guya Pivə festivalı olacaqdı. Oldu ya yox bilmirəm. Mən Boçka kafesində İlhamiz və Zaur Raskolnikovla pivə içirdim onsuzda. Günay da qoşulmuşdu kompaniyaya…

Ordan çıxıb siqaret çəkə – çəkə Sahil bağına düşdüm. Bağda skamyada oturub aldığım pivəni də içdim. Ancaq festivalçılardan heç kim yox idi. Sözün düzü mən verdiyim sözü tutmağa getmişdim festival mənə maraqlı deyildi. Tutmayanların Uca Şirvin canını sağ eləsin. Mənə maraqlı deyil.

Ordan çıxıb bir dostun zənginə görə  Park Bulvara getdim. Yolda Rövşən Nəsirlini, obyektin içində isə Fuad Hacıyevi gördüm. Onlar da, hamıya salam yolladı.

Park Bulvardan evə qədər isə yolda hərkəsə diqqət elədim. Nəyə görəsə azyaşlı uşaqların sayı artıb paytaxtda…İlhamın diktaturasının uşaqları. Elə də xoşbəxtdirlər ki… Ağılları kəsmir hansı ölkədə doğulublar…Ağılları kəsəndə gec olacaq…Onsuzda səhər metroda bir dilənçinin qucaqında olan balaca ən çoxu 1 yaşı olan uşağı görəndə kefimə soğanı qatmışdı İlhamın ölkəsinin insanları. İndi isə heç o soğan qatılmış kefdən də əsər əlamət yoxdur…

Özünüzdən muğayat olun…

Mən muğayat ola Bilsəm görüşərik…

Etibar Salmanlı (Etibarlı)

Bakının küçələrində…” üçün 2 cavab

  1. Geri bildiriş: Gül bayramına fərqli baxış « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma