“Ləzgilər” vəya kiloluq kababxana


Getdiyimiz Kafelər mövzusu davam edir. Xırdalasaq bu mövzu bitib tükənən mövzu deyil. Mövzu bolluğu olan ölkədə mövzu yoxdur deyən blogger dostlarımıza mövzu da təklif edirik. Getdiyimiz kafelər mövzusunda ikinci yazımı yazıram. Çox dostum qonağım olub bu indi haqqında yazdığım kafedə . Çox dostumda bu kafe haqqında yazmağı xahiş etmişdi. İndi yazıram.

Biz əsasən məhləuşaqlarımla Suraxanıda olan Ləzgilər ikinci adı ilə kiloluq kafesində oturub bir çox hadisəni qeyd eləmişik. Dəfələrlə həmin kafedə mən öz ad günümü keçirtmişəm. Mən ora ikinci Şirzad deyirəm. Qiymətlərə görə əsasən. Əsas seçilən xususiyyəti kafenin kababı kq-la vermələdir.  Düzdür Bakıda 3-4 bəlkə də çox kafedə verirlər kababı o sistemlə. Ancaq bu kafedə həm qiymət həmdə ki, kababın keyfiyyəti çox üstündür. Orda axırıncı dəfə kabab qonaqlığında olarkən Aynur Zərrintac, Aynur İmranova, Abbas Zahidi, Əhliman Abbas Vüqar Usi ilk olaraq yolun uzaqlığından bir az şikayət elədilər ancaq sonra kababı görüb uzaq yolun bu gözəl kababa görə çəkməyə dəydiyini də qeyd elədilər. Pablo Qəzənfər kimi tanınan Pərviz Məmmədovun əsgərliyə getmək party – sini də orda təşkil etmişəm mən. Hər iki kompaniya bugünə qədər hələ də yeni bir qonaqlıq istəyir. Yaxşı olar. Son zamanlar blogger dostumuz Mansur Aze orda yeyib içmək istəyir. Ümumilikdə çox adam istəyir gərək mütləq bir qonaqlıq təşkil edək orda, kabab qonaqlığı.

Bu yazını yazmamışdan qabaq N!DA-çı Turqut Qəmbər Facebookda statusumun altına şərh yazdı ki, mütləq bu kafedən yazmalısan. Deyəsən o da kabab istəyir…Kilo ilə…

Son zamanlar biz orda tez –  tez yığıncaqlar edirik. Yığıncağlarımızı Taleh Məmmədov, Aygün, Nazlı Hüseyn şərəfləndirirlər…  Bağlamasalar yaxşıdır kafeni …)

Sonda kafenin yerləşdiyi kordinatları da sizin üçün qeyd edim. Suraxanı dairəsində yerləşir.  Kimdən Ləzgilər kafesi vəya Kiloluq kafesi deyə soruşsaz göstərər.

Ps. Ora gedərkən çalışın içkini özünüz alın (söhbət araq, visky, tekila dan gedir). Kafenin yanında dükan var nə içkisi istəsəz olur. Öz araqları yaxşı olmur. Ancaq pivələri normaldır.

Etibar Salmanlı (Etibarlı)

“Ləzgilər” vəya kiloluq kababxana” üçün 6 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma