Getdiyim kafelər (Şirzad)


Bloglarda Kitab həftəsindən sonra ikinci həftə başlayıb. Sadəcə olaraq həftənin son aktual məsələsi olan Bloqosfer 2011 və tvitterdəcavabverəcəm haştagı olduqundan 2-3 gündür ki, ikinci həftə üçün yazı yaza bilmirdim. İkinci həftəmiz Getdiyimiz kafelərdir. Hər bir blogger getdiyi kafelərdən yazıb blog oxuyan ictimaiyyəti məlumatlandıra bilər.

Əslinə qalanda mən çox kafelərdə qonaq da olmuşam qonaq da eləmişəm dostları. Bir çox kafedə xatirələrim var.

Ancaq bu yazımda Şirzad kafesi haqqında yazmaq istəyirəm. Şirzad kafesi haqqında Seymur  Baycandan yaxşı yaza bilmərəm. Romanlarında çox gözəl təsvir edib Şirzadı. Şirzada ilk dəfə getdiyim yadımda deyil. Ancaq ki, hal hazırda tez tez orda oluruq. Qiymət baxımından mən hələdə düşünürəm ki, Fəvvarələr meydanında yerləşən bu obyektdə qiymətlər niyə belə ucuzdur. Hətta dekabr ayında Azad Fikir Universiteti ilə Qəbələ Oteldə Qış Kampında iştirak edərkən Nərmin Həsənli dedi ki, Şirzadın yeməkləri burdakı yeməklərdən yaxşı idi. Şirzad kafesi cız-bız üzrə ixtisaslaşıb desəm yalan olmaz. Şirzad kafesinin müəyyən hissələri müəyyən kəsimlərə tərəfindən artıq özəlləşdirilib desəm yalan olmaz. Cəbhənin uşaqlarını, Dindar kəsimin müəyyən hissəsini, elə N!DA-çılardan da bəzisini orda görmək olur. Sonuncu dəfə orda yığışıb qonaqlıq edəndə bizim stolda səhv etmirəmsə 15-16 nəfər var idi. 15-16 nəfər üçün gələn hesab səhv etmirəmsə 36 azn oldu, hansı ki, başqa yerdə o hesab 100 azn-dən az olmazdı. Nəisə çox uzatmayım həmişə yox ama arada bir Şirzadı yada salmaq lazımdır.

PS. Keçən dəfə orda yemək yeyirdim yan stolda oturmuş bir nəfərə zəng gəldi. Telefonun o biri tərəfindəki insan “hardasan” sualını verdi kafedə oturan dostuna. Dostunun cavabı isə “Şirzadın altındayam” oldu… 😛

Şirzad Kafesi Araz Kinoteatrın düz yanında yerləşir…

Getdiyim kafelər (Şirzad)” üçün 6 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma