Cabbarın yerinə…


Əslində blogda yeni yazı düyməsini klik edəndə tamam ayrı bir mövzudan yazacaqdım. Yazının skeletini beynimdə hazırlamışdım. Yolda avtobusda gələrkən artıq fikirləşirdim evə çatıb nə yazacağam. Yazını yazmağa da başlamışdım. Ancaq sonradan birdən fevral ayında cibindən narkotika çıxarılmış və 2 il 6 ay həbs cəzası verdirilmiş 20 yaşlı Cabbar Savalanlı yadıma düşdü. Onsuzda 3-4 gündür kefim sıfırın altında idi. Cabbar yadıma düşəndə artıq onsuzda kefimin əlavə edilmiş dəqiqələri də bitdi desəm yalan olmaz.

Bu rejimin əclaflığını hamımız bilirik. Sadəcə hamımız bunu deməyə cəsarət edə bilmirik. Cabbar o cəsarətli nümayandələrdən biridir. Fevralın 11 üçün Azadlıq meydanına aksiya təyin etdiyi üçün şərlənib. Facebook məhkumudur. 11 fevral Azadlıq meydanında ola bilmədi ancaq 11 fevralda neçə illik Mübarək diktaturası bitdi. Mən də 11 fevralda 24 yaşımı qeyd elədim ancaq 19 yaşlı Cabbar istintaqda idi onda. Mənim gücüm Cabbar üçün yazı yazmaqdan başqa heçnəyə çatmadı. Gücüm onun hüquqlarını müdafiə komitəsində internetdə və texniki işləri görmək oldu. Ancaq yenə Cabbar həbsxanadadır. Yenə də, ailəsindən, sevdiklərindən uzaqdadır. 20 yaşını da dəmir barmaqlıqların arasında qeyd elədi. Biz nə elədik ? Məktublar yazdıq, açıqçalar yolladıq. Cabbar nə istəyirdi eləmək? İnqilab, dəyişiklik, azadlıq, demokratiya. Biz edə bilirik ?

Ps. Mən öz adımdan deyirəm ki, bu rejim imkan versə idi gedib Cabbarın yerinə ən azı 6 ay içəridə yatardım. O ailəsini, sevdiklərini görərdi…Hərkəsə sevgisi dəmir barmaqlıqlar arxasındadır…

Etibar Salmanlı (Etibarlı)

Cabbarın yerinə…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma