Mən İlhamı sevirəm…


Mənim yadıma gəlir sentyabr/oktyabr ayları idi. Qara birdənə dəftərim var idi. Hər zaman yanımda olurdu. Beynimdən keçənləri yazırdım. İndi də, saxlamışam hərdən oxuyub gülürəm. Gündə bir iki yazı yazırdım. Yazıların umumi tematikası indi ki, yazılardan çox fərqlənirdi. Bəzi romantik yazılarda yazdığım yadıma gəlir. Blaknotda da, çox romantik esse tipli zadlar var.

Neçə gündür bir az depressiv tipli yazılar oxuyub, musiqi dinləməkdəndir ki, bu gün romantik bir yazı yazmaq istədim. Read More elə … Görəcəksən ki, necə sevgi məktubu yazırlar…

Açıq şəkildə yazıram uzatmaq kimi fikrim yoxdur.  Mən cəsarətliyəm və deyirəm ki :

Mən İlhamı sevirəm. Mən onu çoxdan sevirəm. Özümü anlayandan hisslərim olduğunu bilirdim. Əvvəlcə elə bildim ki, sevgi deyil bu. Ötəri hisslərdir. Ancaq sonra gördüm yox. Dilimin hər sözü İlhamdır. Yuxudan duranda İlhamı fikirləşirəm. Yatmağa hazırlaşanda onun xəyalı ilə yatıram. O qədər fikirləşirəm ki, ilham pərim artıq getmir bütün günü yanımda qalır. Problemlərim var. Ən əsası sevgim qarşılıqsızdır. Məni İlham sevmir. Mənim görüşümə gəlmir. Dialoq təkliflərim hamısı cavabsız qalıb. Ancaq mart ayının əvvəlində artıq bildim ki, yox mən onu səmimi qəlbdən sevirəm. Martın 11 – i ona görüş təyin elədim 28 may metrosunun yaxınlığında Cəfər Cabbarlı – nın heykəlinin qarşısına. Gəlmədi… Fikirləşdim ki, görəsən niyə gəlmədi axı. Orda göyərçinlər var və romantik abu hava da yerində. Sonralar Fəvvarələr meydanına görüş təyin edirdim ona mən. Fikirləşirdim ki, İlham yəni sevdiyim glamourdur 28 May və ətrafı onun xoşuna gəlməyib. Hacııbobbi müəllimin Fəvvarələr Meydanına qoyduğu Çətirli Qız heykəlinin yanında onu gözlədim. Oralar daha səviyyəli yer idi. Ancaq yenə gəlmədi. Sonra bir o tərəfə görüş verdim. Mc.Donaldsın yanında onu gözlədim ki, gəlsin oturaq söhbət edək. Problərimizi həll edək. Yenədə gəlmədi. Çoxları gəldi. Bir çox halda ailəsi, dayıları, dayısı uşaqları da gəldi mənə görə. Ancaq o gəlmədi.  Fikirləşdim ki, yəqin Fəvvarələr Meydanının yeni təmirdən çıxmış halı xoşuna gəlmir. Görüş yerini dəyişdim. Milli Parka görüş təyin elədim. O Milli Parka ki, Avstraliyadan, Meksikadan bitkilər, ağaclar gətiriblər. İlhamın ürəyini nəzərə aldım. Ancaq o yenə görüşə gəlmədi. Nəzərə almadı mənim hisslərimi. Hər dəfə o, görüşə gəlməyəndə hirslənib, əsəbləşirdim. Və buna görə bir neçə dəfə də polis bölmələrinə , düşmüşəm. Əsəbləşib ictimai asayişi pozmuşam. Sonradan bir neçə sutkadan sonra çıxıb yenidən sevgim üçün mübarizə aparmışam. Ən sonuncu dəfə fikirləşdim sevdiyimin görüşə gəlməmə səbəbi mənim şəhərin mərkəzinə görüş yerləri təyin eləməyimdir.  Bu dəfə Nərimanov kinoteatrına təyin elədim görüşü ki, birlikdə kinoya baxaq sonra parkda bir az gəzib müzakirələr edək. Ümidlərim yenə puç oldu. Öz yerinə yenə “kişi” qohumlarını yolladı. Elə bildi ki, mən sevgimdən vaz geçəcəyəm. Məhrumiyyətlər, söyüşlər, qadağalar, döyülmələr, yüksək rütbəli qohumları lap cibimə nəşə atıb məni həbs etdirsələr də, sevgim üçün mübarizə apacağam. Mən öləcəyəm ancaq sevgimi yarı yolda qoymayacağam.

Eşit məni sevgilim. Mən sənə burdan səslənirəm. Sən nə qədər uzaq olmağa çalışsan mən bir o qədər yaxın olacağam sənə. Sən görüşlərimə gəlməsəndə, mən görüş təyin edəcəyəm. Görüş yerində səni gözləyəcəyəm. Plakatlar yazacağam. Divarlara adını yazacağam. Şəninə qazetlərdə məqalələr, bloglarda blogpostlar yazacağam. Video roliklər çəkib internetə Youtube – a yerləşdirəcəyəm. Sən məni sevənə qədər mübarizə apacağam sənin daş qəlbinlə. Sən nə zaman inancaqsan ki, səni sevirəm mən onda biz xoşbəxt olacayıq. Rahat yaşayacayıq. Sən ən azı dialoqlara gedəcəksən. Mənim qohumlarımı, dostlarımı həbs elətdirib  qohumların ki, mən sənə olan sevgimi inkar edim. Sən dialoqa gedib ən pisi onları azad etdirəcəksən…Sonrası isə , gözəl olacaq. Sən dialoqa getsən görəcəksən ki, mən pis heçnə istəmirəm. Onda sən də, məni sevəcəksən…Yadından çıxarma bunu…Mən bunu qorxmadan deyirəm…Mən Səni Sevirəm…Mən İlhamı sevirəm…Sən də bir dəfə çalış…

Hələlik…Görüşənədək…

By : Etibar Salmanlı 

Mən İlhamı sevirəm…” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma