Xaçmazın ekzotikası…


Mən Xaçmazda olmamışdım. Azərbaycanın bir çox regionunda olsam da Xaçmaz, Nabran zonasında olmamışdım. Həftəsonu Bloqosfer ilə birlikdə Nabrana etdiyim səfər nəticəsində Xaçmazı görmək şansım oldu. Sözün düzü gördüklərim heçdə yaxşı təəsürat yaratmadı. Hətta mənfi fikir yarandı. Hər halda buna mənfi yox tənqidi fikirlər deyərdim.
Xaçmazın naxçıvandan olan icra hakimi şəhəri şəhəri Heykəlistana, Bütxanaya vəya zooparka çevirib. Hətta heykəl qoymaq da həmyerlisi olan prezidenti də qabaqlayıb. Koroğluya heykəl qoydurub. Həmyerlisi Bakıya Koroğlu heykəli qoyulması qərarını indilərdə verib.
Şəhər hamama oxşayır metlax materialından qoyulmuş İlham, Heydər bulaqlarına görə. Mətbəxə oxşayır mərkəzi parkdaki böyük samovar və stakan fontanına görə. Zooparka oxşayır inək, flaminqo, şir, fil heykəllərinə görə. Bütxanaya oxşayır ad tapa bilmədiyim abidələrə görə. Yazının ardında daha maraqlı şəkillər var…
Absurd analoqu olmayan inkişafın fonunda icraya ayrılan pulların belə lazımsız sferalara sovurulmasının şəhərin inkişafına nə kimi xeyri olduğunu anlamaq mümkün deyil. Gözəllik, abadlıq yaxşı şeydir ama daha bu qədər də yox. İnək heykəli nəyə qulluq edir bir nəfər durub mənə açıqlasın zəhmət olmasa. Vəya parklardaki zürafə, fil heykəlləri ən əsası iki balaca dişləri sındırılmış şir balası heykəli nəyə xidmət edir ?Regionlarda inkişafın , maddi rifahın paytaxta nisbətən zəif olması aydındır. Şəhərin mərkəzindəki parkda üzərində süni meyvələr olan ağacları qoydurmaq hansı ağıllının beyninin təxəyüllüdür görəsən ? Ordan keçən ananın yanındakı uşağın o meyvəni görüb də istəməsi bilinəndir. Ananın meyvəni almağa imkan olmasa (hansı ki, hər kəsin imkanı yoxdur bu gömrük qiymətləri ilə meyvə bolluğundan istifadə eləməsi) o uşağa, meyvə istəyinə kim cavab verəcək?Şəxsiyyətə pərəstiş bizdə çoxdan qalma hadisədir. Sözün düzü hər şey öz qədərində gözəldir. Heydər Əliyevə pərəstiş edirsiz edin, oğluna başlamışız eləməyə bunada bir quş. Amma bu qədər yox daha. Şəhər başdan başa şəkillərlə, mozaikalarla bəzədilməsi sizcə iyrəndirmir onlardan camaatı ? Nəvəsinə gedib çıxıb Xaçmazın icra başçısı… Analoqu olmayan yaltaqlıq…Bəlkə qorxaqlıq? Nəisə…
PS. Şəkillərə görə jurnalist Seymur Kazımov – aƏziz Elxanoğlu – ya təşəkkür edirəm..
Bütün şəkilləri bu LİNK – dən yükləyə bilərsiz…

Etibar Salmanlı (Etibarlı)

Xaçmazın ekzotikası…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma