Twitter-də cavab verə bilməyənlər(Bloqosfer2011-video)


Bloqosfer2011 başladı və bitdi. Maraqlı hadisələrlə zəngin oldu. Bakıdan çıxmağdan tutmuş Bakıya çatana qədər maraqlı hadisələr birbirini izlədi. Təşkilatçıların(İlqar Mirzə və Azər Nəzərov) qeyd elədiyi kimi forum iştirakçıların forumu idi. Sırf iştirakçılar tədbirə imzalarını qoydular. Uğurlu vəya uğursuz ola bilər ama imzalar qoyuldu.

Əsas məsələlərdən biri #twitterdecavabverecem haştagı oldu. Məsələni orda olan biri kimi açıqlayım. (hər halda orda olmayıb söhbətə “kurs” olmaq istəyənlərdən fərqli iştirakçı kimi prosesdə olmuşam) Tədbirin ilk günü normal proqram üzrə gedirdi. 2ci təqdimatdan sonra İlqar Mirzə Twitterdə bloqosfer haştagı ilə yazılan bəzi tvitləri oxuyanda özünü Rauf Ray kimi təqdim edən blogger dostumuzun Klounada bloqosfer  başladı twitini qeyd elədi.  Forumda iştirak edən bütün iştirakçılara qarşı olan bu qeyri etik müraciətin səbəbini soruşanda yalnız bir cavab verdi ki, Twitterdə cavab verəcəm. İrəlinin baş katibi adi bir məsələdən çıxa bilməməsi o təşkilatın nə dərəcə ciddi olduğunun sübutu idi. Onsuzda sədrləri  “deputat” Ceyhun Osmanlı da , 11 mart ərəfəsində begemotlaşaraq quşdamışdı. Yəni ki, quş buraxmaq bunların köhnə adətidir. Nəisə bütün forum iştirakçıları 5-10 irəliçini saymasaq alqışları ilə “dəstək oldu” və özünü Rauf Ray kimi təqdim edən blogger dostumuzu alqışladı. Orda bu biabırçılıqa kreativ bir addımla cavab vermək üstündə düşündük. Və ortaya çıxan  #twitterdecavabverecem haştagı oldu ilk öncə. Nəzərinizə çatdırım ki, Bloqosfer2011 – də texniki səbəblərdən internet yox idi və mobil telefonlarımızdan istifadə edirdik internətə daxil olanda. 6 saat ərzində Aztwi.Com – un reytinində #bloqosfer haştagından sonra #twitterdecavabverecem haştagı ikinciliyə yüksəldi. Və forumda iştirak etməyən internet fəalları artıq bu haştagı və ifadəni Facebook – da istifadə etməyə başladılar. Hətta Facebook – da Fan Page (səhifə) – də açdılar. LINK. Səhifənin halhazırda 168 Like – i var. Bu artıq ilk cavab idi. Sonradan trend sözü brendə çevirmək istədik və yenə də, kreativ bir video – rolik çəkməyi qərarlaşdırdıq. 10 dan çox bloggerin beyninin məhsulu olan Bəs Siz Tvitterdə cavab verə bilərsinizmi? video – rolik ortaya çıxdı. Youtube saytına yüklənməsinindən qısa müddət keçməsinə baxmayaraq 438 sharing(paylaşım) oldu.

Məsələnin sonrası maraqlı oldu ki, özünü Rauf Ray kimi adlandıran blogger dostumuz gecədən sonra Bloqosfer2011 forumunun ərazisində görünmədi. Təşkilatlarından yalnız bir nəfər qalıb iştirak elədi forumda…Özünü Rauf Ray kimi adlandıran blogger dostumuz Tvitterdə cavab verəcəm dedi və getdi… Verə bilmədi cavabı…Qınayıram  onu offisial Qinağəli ilə…

Video haqqında nəsə demirəm özünüz baxıb anlayacağsız…

Mənim fikrimcə haştagla bağlı açıqlamanı yetərincə açıq bildirdim…

Ps. Orda olmayıb da, o məsələdən yazılmış 2-3 yazı oxudum ama ki, nə deyim bilmirəm. Çünki iştirak eləmədən yazı yazmaq onsuzda mənbəsiz xəbər yazmaq  xəstəliyi jurnalistlərimizdən sonra bloggerlərimizə də keçibsə BİZ-ə Uğur olsun!!!

O vaxt Dəyirmançıların bir sözü var idi : Gözümüz Sözdür…  (elə belə yazdım)

Twitter-də cavab verə bilməyənlər(Bloqosfer2011-video)” üçün 5 cavab

  1. Maraqlı yazı idi, axır ki mən də söhbətin əslini öyrənmiş beləcə oldum …Amma heyf ki, blogosferdə iştirak edə bilmədim, o olayın canlı tanığı ola bilmədim, o video rolikdə nə oyunlardan çıxardım bir Allah bilir :)))

orxan üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma