Bir milyon dollarim olsaydı


Bloglarda Kitab Həftəsi Kampaniyası həftənin sonuna az qalmış sürətini daha artırmış şəkildə davam edir. Bir çox kitab haqqında yazılar yazılıb müxtəlif bloggerlər tərəfindən.

Pərviz Əzimovun Qaraqanın (Elxan Zeynallı) “A” romanı haqqında (Burdan OXU)yazısını oxumamışdan qabaq fikirləşirdim Azərbaycan ədəbiyyatına atom bombası kimi düşmüş roman müəllifi haqqında yazım. Pərvizin məni qabaqlamasına görə “A”romanı haqqında yox “Bir Milyon Dollarım Olsaydı” haqqında yazmağı qərarlaşdırdım.

Əsər əslində mənim xoşuma gəlmədi. Başdan ayağadək söz oyunun nəticəsində yaranmış bir sözlər toplusudur. Qaraqanın ilk romanını oxuyanda bu qədər əziyyət çəkməmişdim. Ancaq ikinci roman mənə əziyyət verdi desəm yalan olmaz. Əsəri oxumağa başlayandan yalan olmasın 4-5 dəfə atdım qırağa ki oxumayacağam amma sonradan əziyyətə (həm Qaraqanın həm də özümün) heyfim gəldi deyə davam elədim.

Romanda içi bir milyon dollarla dolu olan çemodanın kasıb nəşriyyat işçisi Kərəm Aliyev tərəfindən kimsəsiz bir inşaat sahəsindən tapması və pulun insana xoşbəxtlik gətirməsindən vəya gətirməməsindən söhbət açılır. Ancaq burda paradoks var ki, 1 milyon dollar Kərəmə ani xoşbəxtlik ardıyca bədbəxtlik və ölüm gətirsə də romandakı bəzi personajlara xoşbəxliyini daha möhkəmlətdirməyə imkan verir.  Kərəmin müdiri o pulla biznesini daha da inkişaf etdirir, o pulum əsl sahibi oğlunu qazanaraq daha da xoşbəxt olur. Olan isə Kərəmə və ailəsinə olur. Ailə dağılır, ailə başçısı intihar edir. Qaraqan göstərir ki, pul (böyük miqdarda pul) varlının əlində olmalıdır. Düz göstərir ya yox o başqa söhbətin mövzusudur . Kasıbın əlinə çoxlu pul düşdükdə sondaki nəticələr heçdə gözəl olmur… Hər halda müəllif elə göstərir əsərində.

Ümumilikdə əsərin ən xoşuma gələn hissəsi son 8-10 səhifəsi oldu. Yerdə qalanlar isə elə belə oxudum ki, mövzudan uzaqlaşmayım… Kitabı alsaz əvvəldən 15 səhifə axırdan 10 səhifə oxusaz mövzu sizin üçün açılacaq. Amma ki, yox əsəb gərginliyi keçirmək istəsəz başdan ayağa dək oxuyun…

Uğurlar…

Etibar Salmanlı (Etibarlı)

Bir milyon dollarim olsaydı” üçün 35 cavab

  1. Mən hər dəfə bu Qaraqanin kitablarindan soz düşəndə fikrimi bildirirəm və bütün Hostçular məni savadsızlıqda,təcrübəsizlikdə günahlandırır.:)Sən bilmirsən Qaraqan kimdir,nəçidir.Bununla da kitabdan başı çıxmayan biri kimi görünürəm,heç artıq mübahisəyə də ehtiyac olmur.Qatıq qaradı.Əgər indiki dövrdə mən kitab oxuyanam,bu mənim hobbimdir deyib Qaraqan oxuyan varsa mənim sözüm yoxdu.Hər kəs o kitabi Qaraqana görə oxuyub.Əgər bunu Əli,Vəli,Məmməd yazsaydı inanın oxucu sayı az olardi və heç də bestseller olmazdı bu kitab.

  2. SUPERRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR

  3. Kitapda tekrAra yol verilip ama her halda bir oxucu kimi fikrim musbetdir.mevzu bir halda kitapin Elxan Zeynalliya gore oxunmasina qalsa sef fikir deil.ona qalsa Qabriel Qarsia Markes kimi dunya wohretli yazicinin da kitaplari muellife qore oxunur esasen.tebii haldir….

    • hami bir birini sevmeye mecbur deyl kimsen QARAQANI sevmirse bu meydan bu weytan buyursun yazsin roman bizde oxuyub deyerlendirek duz demirem???he yoxsa bacarmirlarsa onda bele weyler yazmaq lazm deyl

  4. Men eseri oxumamiwam ama deye bilerem ki,Qaraqan yəni Elxan Zeynalli genclerə bow-bow weylernen mewqul olmaqdansa coxlu kitab oxumagi meslehet gorur.Oz kitablarini yox umumiyyetle coxlu kitab.Niye bezi insanlar host-u ya da qaraqani pisliyirler bilmirem.Onlar insanlari duzluye,heqiqete ve yaxwi yola cekir.

  5. siz bi romani bawa duwmuyubsuz deye onun gunahi yoxdu!sizin probleminizdi!qaraqanin track leri de bezilerine catmir ozude deyirki bawa duwmemelidiler onsuz!weytanin romanini da buna gore cixarmadi beyinlerivize catmir diye!

    • salam Gunel xanim Qaraqanka hazırda hekayələr üzərində çalışıram yaxın zamanlarda kitab haqqında da düşünəcəyəm. Mənə supper dediyinizə görə təşəkkür edirəm sizə. Rep deməyi isə düşünmürəm 🙂

SenyOrita Mezka üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma