Markezin patriarxı və payızı…


Qabriel Markez – Patriarxin payızı

Çox nadir hallarda hansısa kitabı oxuyanda darıxıram ve onun tez bitməsini istəyirəm. Qabriel Qarsia Markezin “Patriarxın payızı” əsəri də bu nadir kitablardan oldu. Kitabı oxuyanda çox qəribə ruhsal hallar keçirirdim. Hər abzas məni orta əsrlərin geniş yayılmış işgəncə alətlərindən olan mancanaqlar kimi sıxsa da ( qeyd: orta əsrlərin geniş yayılmış işgəncə aləti olmağı, onun bu gün istifadə edilmədiyi anlamına gəlmir) kitabı yarımçıq saxlaya bilmirdim. Əsər xalq tərəfdən əfsanələşdirilmiş, haqqında saysız miflər və hətta zühuretmə hekayətləri uydurulan qəddar diktatordan bəhs edir. Diktaturadan, totalitar hakimiyyətin xalqa etdiyi zülmlərdən “danışan”  bu kitab vicdanlı insan üçün elə diktaturanın özü kimidi: İnsanı nə qədər sıxsa da onu tərk etmək istəmirsən. İçində qalıb, axırına çıxmaqçün çabalayırsan.

Bu kitabla dostluğumuzun əvvəli nə qədər cansıxıcı olsa da, onu bitirəndən sonra beynimi və ruhumu xəfif bir ləzzət duyğusu qapdı. Sizi əmin edirəm ki, onu oxumağınıza peşman olmayacaqsınız, uzaq başı bir azca vicdanınız sızlaya bilər. O da keçən şeydi…

Kitabdan hissələr:

  • Onun (diktatorun-N.G) bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçular idi; qulluqçularla davranmaq onun üçünn o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi.
  • O, bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı…
  • Deyilənə görə, duz onun əlində məlhəmə dönərdi, ətrafındakı diplomlu siyasətbazlar, həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy əlamətlərinin, təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru adlandırır.
  • O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhl?kəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını beləcə – onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir yerdən o biri yerə keçirir, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır,…. öz əlinin altında isə – saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı…
  • Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
  • Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam edilir!
  • «Vətən – ən gözəl uydurmadır, anacan!»
  • Baxmayaraq ki, o vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli xain və quldur olduğunu müəyyən eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl kişi!.. Yaşasın general!» – deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır.
  • Bendisyon Alvarado, içinə sığmayan analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca bərkdən-bərkdən: «Bilsəydim balam bu boyda ?lkənin prezidenti olacaq, heç olmasa onu oxudardım!» – dedi. Bu, misli görünməmiş fəlakət idi… 

 

Ps. Bu yazı “Bloglarda Kitab Həftəsi” kampaniyası üçün yazılıb…

Mənbə : Şəbnəm Nuray

Markezin patriarxı və payızı…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma