Təhminə və Zaurdan Artuş və Zaura…


Azərbaycan ədəbiyyatı heç vaxt özünü çərçivələyəci tədbirlər planının təzyiqindən çıxa bilməyib. Yazılan əsərlərdə eyniliklər gözünə çarpmırsa deməli azərbaycanlı deyilsən. Hər halda Azərbaycanın erotik filmi Anarın “5 mərtəbəli evin 6 cı mərtəbəsi” əsərinin ekranlaşdırılmış versiyası “Təhminə və Zaur” filmidirsə çox sözə ehtiyac qalmır. Bu məsələlər uzun və dərin məsələlərdir.

Əsas məsələ isə mən Əli Əkbərin 2009 cu ildə yazdığı “Artuş və Zaur” romanı barəsində neçə vaxtdır yazmaq istəyirdim. Ancaq nəyə görəsə yazmaq indiyə qaldı.

Bloglarda Kitab Aksiyası ilə əlaqədar olaraq bu yazı artıq ikinci yazımdır. İlk yazım Xalid Hüseyni qələminin istehsalı olan Çərpələng uçuranlar əsərinə aid idi.

Əli Əkbərin bu romanını çox sürətlə oxudum. Əsər mənim çox xoşuma gəldi. Əsər 2009 cu ildə yazılıb. Sonradan polis idarəsinin verdiyi qərarla satışı dayandırılıb. Bu məsələ elə subutdur ki, əsərin oxunası bir əsər olmasına.

Əsərin iki qəhrəmanı Zaur və Artuş adlı qeyri ənənəvi seksual orientasiyaya malik iki düşmən ölkə gəncidir. Zaur Azərbaycanda jurnalist və QHT nümayəndəsidir. Artuş da Ermənistanda jurnalistdir. Müharibədən əvvəl Bakıda bir məhəllədə yaşayıblar. Məktəb illərində “fərqli” olduğlarını anlayandan aralarında “məhəbbət – sevgi” olub. Sadəcə müharibə və ermənilərin Bakıdan getməsi ilə aralarındaki “sevgi” yarıda qalır. İllər sonra Gürcüstanda tədbirdə yenidən görüşüb müəyyən müddət bir yerdə olurlar. Keçmiş günləri yada salırlar. Sonra yenidən hərə öz şəhərinə qayıdır. İnternetin imkanlarından istifadə edərək əlaqə saxlayırlar. Aralarında müəyyən müddət soyuqluq yaranır. Sonradan Artuş güləş komandasının tərkibində jurnalist kimi Bakıya gəlir sevgililər yenidən görüşürlər. Əsərin sonunda bunun uzun müddət belə davam edə bilməyəcəklərini anlayıb Qız Qalasından özlərini ataraq intihar edirlər. Əsər başdan başa simvollarla zəngindir . Hər kəsin oxuyub kitab rəfində saxlayası kitablardandır. Ümumilikdə Əli Əkbərin üslubu və hadisələri təsvir tərzinin unikal olması əsəri çox oxunaqlı edib…

Ps. Roman haqqında uzun uzadı yazmıram oxumaq istəyən kitabı tapıb oxusun…Əsəri pisləyənlər çoxdur amma  inanın ki, Əli Əkbərin əl işinə paxıllıq edirlər.

Vaxtınız olanda oxuyun … Peşman olmazsız…

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma