Dəstəyimiz sonsuzdur…


Bu ölkədəki hər kəsin dəstəyə ehtiyacı var. Sözün əsl mənasında hər kəsin. Varlısının da, kasıbının da . Hakimiyyətdə olana da, müxalifətdə olana da. Azadlıqda olanın da, həbsdə olanın da. Ziyalısının da, gündə 2 çet heroin vuran, damarını deşən narkomanının da. Emosunun, Hostçusunun da, Rokçusunun da. Yəni ki, hər kəsin. Ancaq veririk mi? Bu sualı heç düşünmüsən, ey bu yazını oxuyan ?

İnanıram ki, öz yaxınına etmisən; o da bəlkə dəqiq deyil. “Niyə etməmisən?” sualına cavab verəcəksən ki, “Mənim özümün dəstəyə ehtiyacım var, başqasına necə edim?!” Bəs anlamırsan ki, sən etməsən qarşındakı da, sənə etməyəcək.

Mən özümdən götürürəm. Siyasi işlərdən danışacağam az-maz.

Mən Emin Millini, Adnan Hacızadəni tanımırdım. Ancaq onlar “həbs olunanda” nə bacarırdımsa, edirdim. Çünki onların hər birimizin ən azı mənəvi dəstəyinə ehtiyacı var idi. Onlar həbsdən çıxdı. Hal-hazırda onlarla hansısa iş uğrunda birgə vuruşuruq.

Sonra Eynulla Fətullayev həbsdə olanda “online” aksiyalarda var gücümüzlə dəstəyimizi əsirgəmədik. Nə olsun ki, mənim Eynulla ilə şəxsi tanışlığım yox idi. Həbsdən azad olunanda elə sevinmişdim ki, sanki yaxın biri həbsdən çıxırdı. Eynulla şəxsən yaxın olmasa da, ideya uğrunda həbsi mənə yaxın idi.

İndi həbsxanalar doludur siyasi məhbuslarla. Bu Yeni Azərbaycanlılardan ibarət hakimiyyət layiq olmadan insanları doldurub həbsxanalara.

Mən Tural Abbaslını, Əhəd Məmmədlini, Rüfət Hacıbəylini, Ruslan Bəşirlini, Ülvi Quliyevi, Elnur İsrafilovu, Bəxtiyar Hacıyevi və ya Cabbar Savalanlını da tanımıram. Şəxsən tanışlığım yoxdur. İdeyalarımız tanışdır. Yollarımız tanışdır. Mübarizəmiz tanışdır. Düşmənimiz tanışdır. Amalımız tanışdır. Əqidəmiz tanışdır. Məhz bu tanışlığa görə ən azı sonsuzadək dəstəyimi əsirgəyə bilmərəm. Hərkəsin borcudur ki, onun uğrunda həbsdə olanları dəstəkləsin. Məhkəməsinə gəlsin. Real və ya virtual dəstək aksiyalarında iştirak eləsin. Ailələrinə baş çəksin. Yoxsa evdə oturub göstərişlər verməklə nə bu rejim gedəcək, nə də ki, dostlarımız həbsdən azad olunacaq. Amma olacaq bir məsələni dəqiq bilirəm ki, o evdə oturanın ya evini başına yıxacaqlar “Eurovision” adıyla, yada ki, Qış bulvarını düz evində tikəcəklər… Susduqca növbə sənə iri addımlarla gəlir. Sən onda qaçmağa çalışsan da, o, sürətini artırır. Əvvəl-axır səni haqlayacaq… Ona görə mübarizə gücümüz və dəstəyimiz sonsuz olmalıdır…

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma