Təhsil Nazirliyi adlı Bazar…


Hər il yeni metro stansiyaları istifadəyə verilsə də Bakını metropol bir şəhər hesab etmək olmaz. Buna görə də bir prospektdə yanaşı 3 bazarın olması absurddur. Söhbət Xətai prospektində yan-yana işləyən 3 bazardan gedir : Yaşıl bazar, Şərq bazarı, Təhsil Nazirliyi. O biri bazarlarda işimiz yox, başlayaq nazirlik adı ilə işləyən bazardan.
Minlərlə məktəbi, internat və Uşaq evlərini özündə birləşdirən bu nazirlik ( oxu: bazar) Misir Mərdanovun sayəsində bizə keçmiş sovet təhsil sistemini yada salıb köks ötürməyə məcbur edib. Məktəblərdəki rüşvət faktlarını çox qabartmaq istəməzdim.Çünki bu faktlar o qədərdir ki, bunların hamısını yazsaq da bitməz. Elə bu yaxınlarda eşitdimki təhsil üzrə ekspert Əlövsət Osmanlı Təhsil Nazirliyinə ünvanladığı , amma cavab almadığı məktubları toplayıb “Misir Mərdanova məktublar” adlı kitab buraxıb.Özüdə 3 dildə !

İctimaiyyət və sadə xalq məktəblərdəki korrupsiyadan, özbaşınalıqlardan xəbərdar olsalarda daha yuxarı səviyyədə, nazirliyin daxilində korrupsiyanın səviyyəsi daha yüksəkdir.
Yaxşı pul yeyilən sahələrdən biri isə xarici təşkilatlarla bağlanan uzunmüddətli layihələrdir. Bunlardan biri UNİCEF-lə bağlanıb. Proqramın adı De-İnstitutlaşdırma və alternativ qayğı Proqramıdır. Proqram rəhbəridə “özümüzünküdür” : Məlahət Hacıyeva. Qısaca olaraq qeyd edim ki, bu Proqram internat və Uşaq evlərinin ləğvini, uşaqların ailələrə verilməsini nəzərdə tutur.
Buraxılan pullara rəğmən bu sahədə heç bir irəliləyiş yoxdur. Mən özüm bu sahə ilə maraqlansam da yalnız 1 uşağın ailəyə verildiyini, onun da aparıldığı ailədə işgəncələrə məruz qaldığını, təndirdə saxlandığını və sonradan yenə internata qaytarıldığını eşitmişəm. Başqa bir ciddi irəliləyiş yoxdur bu proqram üzrə və deməli bu proqram tam iflasa uğrayıb. Bu sahəyə ayrılan pullar isə hara, kimin cibinə gedib…..bax bu əsl jurnalist araşdırması tələb edir.

Bəzən insana elə gəlir ki, Misir Mərdanov təhsil sisteminin içinə batırıb-oturub, tərpətmirlər ki iyi pis çıxar.
Qəti əminəm ki, bütün olanlardan İlham Əliyevin, Prezident Admnistrasiyasının xəbəri var. Niyə əncam qılmırlar, bax bu ayrı məsələdir.Onlara İlham Əliyevin ətrafında yaxşı işləməyən nazirlər lazımdır. Ki, hər hansı bir etiraz, narazılıq olanda bundan prezidentin xəbəri olmadığı fonunu yaratsınlar. Təbii ki bir gün, zamanı gələndə M.Mərdanovu da qurbanlı qoyun seçəcəklər.
Sonda : Misir Mərdanov başında İlham Əliyevin durduğu piramidanın sadəcə bir daşıdır. Bu sistem tam dağılmayınca hansısa bir sahənin inkişafı mümkün deyil. Bu hakimiyyətə lazım olan idmançıları, manısları və qoyunları təhsil sistemi yaxşı yetişdirir, bu missiyanın öhdəsindən gəldiyi müddətdə ciddi hec bir dəyişiklik gözləməyə dəyməz. Bu təhsil sistemi ilə ilhamla irəli…..

Mənbə : Taleh Məmmədov…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma