Çərpələng uçuran -dan seçmələr…


Bu gün Bloglarda Kitab Həftəsi rəsmi olaraq başlayır… Bu həftə ərzində bloggerlər öz bloglarında oxuduğları kitablar haqqında yazacaqlar… Hərkəsi dəvət edirik…

Başladıq…

Birinci yazı məndən…

Çərpələng uçuran…

Xalid Hüseyni – əfqan əsilli Amerika yazıçısıdır.

2003 cü ildə nəşr edilib. Əsərə eyni adlı film çəkilib. İlk romanıdır müəllifin. Çox böyük səs gətirib roman…

Mən bu romanı 2 günə oxudum və əsər mənə çox təsir elədi. Hər kəsə məsləhət edərdim ki, 2-3 gününü bu kitaba həsr eləsin.

Aşağıda isə əsəri oxuyarkən seçdiyim cümlələrdir…

Ps. Bu LİNK-dən filmə online baxmaq imkanımız da var…

Bu linkdən(YÜKLƏ) isə kitabı türk dilində yükləyə bilərsiz…

Burdan isə oxuya bilərsiz. LİNK

  1. Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.
  2. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
  3. Əgər orda Allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha çox layiq olan məsələlər var.
  4. Məni ağuşuna alan sevgi və günah hisslərindən halım qarışdı, özümü hamama çatdırıb əlqyuyanın içinə qusdum.
  5. Hitler üçün çox gecdir , amma bizimki hələ qabaqdadır.
  6. Mən yüzlərlə  adamın yanağından öpməli, heç tanımadığım adamları qucaqlayıb, gətirdiyi hədiyyələrə görə təşəkkür etməli olmuşdum. Suni təbəssümdən dartılan üzüm əməlli başlı ağrayırdı.
  7. Adamlar bu gün ayaqqabılarını təmizlətdirdiklərinə birisinə ertəsi gün bacı deyə bilmirlər.
  8. O qalağın içinə atmadığım yeganə hədiyyə Rəhim Xanın verdiyi dəri üzlüklü dəftərçə idi. Hədiyyələrdən qan qoxumayan yalnız o idi.
  9. Yenə də çamadanlara baxdım. Babanın halına acıdım. Bütün ömür boyu, tikib, qurub, yaratdıqlarından, apardığı mübarizə, qazandığı nailiyyətlər, etdiyi xəyallardan sonra həyatının nəticəsi bu idi : onu daim məyus edən oğul və iki çamadan.
  10. Amerika ideyası Babanın ürəyincə olmuşdu. Amma Amerikada Babanın ürəyi qübar eləmişdi.
  11. Baba siyasət haqqında uzun-uzadı mühazirə söylərdi. Əmir dünyada 3 əsl kişi var. Xilaskar Amerika, Britaniya və İsrail. Qalanları qeybətcil arvaddan başqa bir şey deyillər.
  12. Babanın fikrincə , İsrail neftdən pul qazanıb harınlamışmaqdan öz problemlərini həll etməyə təpəri çatmayan ərəblərin dənizində “əsl kişi” adası idi.
  13. Vah vah! Brejnev əfqanları qırır bu qozsındıranın isə (Cimmi Karter) “sizin hovuzda çimmirəm” deməkdən başqa sözü yoxdur.
  14. Baba hesab edirdi ki, Karter komunizmə Leonid Brejnevdən çox xidmət göstərib.
  15. Amma, məncə , Sürəyyanın keçmişinə məhəl qoymamağımın əsas səbəbi öz keçmişimin təmiz olmaması idi. Mən peşmançılığın nə olduğunu hər kəsdən yaxşı bilirdim.
  16. Gəl. Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var. Rəhim xan bunları dəstəyi asmazdan əvvəl söylədi.  Nəticə olaraq, sanki ağlına gəlmiş bir şey kimi. Yenə də yaxşı olmaq üçün imkan var.
  17. Mina da partlamaq. Buna artıq əfqan ölümü deyirlər, Əmircan.
  18. Müharibələrin üzündən Əfqanıstanda atalar qəhətə çəkilmişdi.
  19. Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz –  eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.
  20. Bu, qaranlıq bir yerdə qaranlıq bir örtüyün altında gizlənən birisinin sükutu idi.
  21. Bu sadəcə bir təbəssüm idi başqa heçnə. Amma mənə bu da qənimətdir. Qollarımı açıb qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm…

Müəllif : Xalid Hüseyni

PDF Halında Çərpələng uçuran

Çərpələng uçuran -dan seçmələr…” üçün 14 cavab

  1. Geri bildiriş: Turkanus » “Çərpələng uçuran” romanı haqqında və əsərdən sevdiyim hissələr.·

  2. Mənim ən çox sevdiyim əsər, ən çox təsirləndiyim əsərdir. Amma çox xahiş edirəm heç kim o filmə kitabı oxumamış baxmasın. Çünki film o qədər mənasız, pis çəkilib ki əsər heç nə sayılıb. Təəssüf, çox təəssüf. Amma əsər çox təsirlidir. X. Hüseynə eşq olsun!

  3. Geri bildiriş: Təhminə və Zaurdan Artuş və Zaura… « Etibarlı Mənbə…·

  4. Geri bildiriş: Hessenin Siddhartha-sına sözardı… « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma