İrəli necə yarandı…


“İrəli”nin yaranma tarixçəsi.

Tarix boyu müəyyən qruplar, qruplaşmalar, leqal yaxud illeqal təşkilatlar, təşkilatlanmalar, hərəkatlar mövcud olub. Bu gün bəhs edəcəyimiz bu təşkilatlardan son dövrlərdə ən böyüyünə çevrilən “İrəli İctimai Birliyi”dir. 26 avqust 2005-ci ildə yaradılmış “İrəli” Ümumrespublika Gənclər Hərəkatı əslində əsrlər öncə fəaliyyət göstərən və bu bir-birindən xəbərsiz insanların əmələ gətirdiyi bir hərəkatdır. Bu hərəkat daha sonra 24 dekabr 2008-ci ildə “İrəli İctimai Birliyi” adını almış və bu gün də bu ad altında fəaliyyət göstərməkdədir. Bəs “İrəli” necə yaranıb və yuxarıda bəhs etdiyimiz qədim tarixi necədir?
Rəvayətə görə hələ əsrlər öncə Əli adında bir nəfər yaltaqlıqda özünə elə ad çıxarıbmış ki, el arasında da “Girəli” (Gir Əli!) adını alıbmış. Bu Əlinin girmə qabiliyyəti o qədər üstün imiş ki, qısa müddətdə bu “girmək” geniş vüsət alaraq populyarlaşır və daha çox insana yayılır. Deyilənlərə görə şah və padşahlara mədhlər yazan şairlər həmən bəhs etdiyimiz bu Əlidən ilham alır və onun qoyduğu iz ilə gedirlərmiş. Bu iz Çar Rusiyası və Sovetlər dönəmində daha da inkişaf etmiş, şaxələnmiş və müstəqil Azərbaycan dövründə isə öz zirvə nöqtəsinə çatmışdır. Artıq müasir və sivilizasiya dövründə Əlinin dəst xətti leqal şəkildə təşkilatlanmağa başlamış və fəaliyyət sahəsini genişləndirmişdir. Daha sonra “Girəli” sözü zaman aşımı ilə “İrəli” sözünə çevrilmiş və 2006-cı ildə “İrəli” adını almışdır.


PS: Bütün Əlilərdən üzr istəyirik!

Mənbə : Həbib Müntəzir

İrəli necə yarandı…” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma