Vətənşüvənizm…


Saxta azərbaycanlı məfhumu dəhşətlidir…Biz buna Yeni azərbaycanlı da, deyə bilərik. Özüdə çox dəhşətlidir… Azərbaycanlının saxtası, yenisini heç düşmənimə də, arzulamıram. Azərbaycanlının saxtasını, yenisinə, sünisinə Hitler lazımdır. Düzsün divarın dibinə güllələsin. Çünki yeni, saxta, süni azərbaycanlı hər əclaflığı, oğraşlığı edəcək ideyalarla silahlanıb. İkiüzlü olması və qeyri səmimiyyətlə özünü gücləndirməsi ağ gördüyü qatığa da qara deyəcək haldadır.

Son zamanlar beynimizi saxta vətən sevgiləri ilə beynimizi xarab edərək hay-küy yaratdılar. Pərviz Əzimovun Gürcüstanda erməni gəncləri ilə bir ad günündə çəkdirdiyi fotoşəkil bunların yanan vətən sevgisin odunun üstünə Azəri Light Nefti tökdü. Facebookda 90 minlik Azərbaycan səhifəsində şəkilin altına olmazın şərhini yazdılar. Ultra Milli TeleKanalizasiya aparıcı Turan Samir İbrahimov – da Dalğaçıların bu məsələsinə özünü soxdu sözün əsl mənasında soxdu…Orxanla debatda gic gic danışdı…Nəisə

Sonra Aynişan məsələsi ortaya atıldı Vətənşüvənlər tərəfindən. Bir tədbirdə Aynişanın erməni gənci ilə çəkdirdiyi şəkil aləmi qatdı bir birinə. Küçədə adi etik qaydalara riayət eləməyənlər etik qaydalardan başladı danışmağa. Turan yenə Dolce and Gabbana tumanını başına çəkib başladı ki, bağ belə bostan belə. Tribunası olmayanlar Facebookda Anti Aynişan page zad açdılar. Başladılar sabun operalarına. Şəhid, Xocalı, Vətən və Şüvən…Arada dedilər ki, Aynişan bayrağa hörmətsizlik edib. Səhv tutub bayrağı. Amma g_tləri çatmadı desinlər ki, İlham Əliyevdə onun uluöndər atası Heydər Əliyev də bayrağı səhv qoyduğları şəkillər var. Uzaqgörən prezidentlərinin küləyin bayrağı cıracaq səviyyəsini hesablatdıra bilməyib dəfələrlə bayrağın cırılamasına səbəbiyyət verməsinədə etiraz edə bilməyənlər  idi.Onlar  Vətənşüvən knopkasını basmış 4-5 gün  dayanmadan saxta, süni sözlərlə silahlanmışdılar.

İndi də, Məktub transferi başlayıb.   Yaz ki yazdır. Kim kimə gəldi məktub yazırlar. Kim kimi harda tutdu elə ordaca camaatın içində yazır məktubunu. Adelina ilə başlayan Prezident Adminstrasiyasının cavab verdiyi məktubla davam elədi. Bu günlərdə isə Pik nöqtəsinə çatdı. 13 yaşlı uşağın Adelinaya cavabı oldu. Qeyrət boğdu Vətənşüvənimizi. 13 yaşında Vətənşüvən olmaq kamilliyə atılmış ən iri addımdır. Məsələni qoyaq bir qırağa ki, 13 yaşlı uşağa nə qədər barmaq edirsən elə belə yazını yaza bilməz. Gəlsin üzbəüz oturub birdənə mənə yazsın o cür məktub mən birdə heçnə yazmaram. Məktubda bir cümlə var ki, o məktubu yazan və yazdıran Vətənşüvənin özünün özünü yandırmasıdır.

İnanıram ki, bizim birlikdə bütün dünyanı heyrətləndirəcək gözəl bir vətən yaratmağa şansımız hələ də qalır!

Adama deyərlər ki, (burda 90 minlik fan page, anti Aynişan fan page, telekanalizasiyarovşik Turan Samir İbrahimov və digər Vətənşüvənlər) dur etiraz elə. 13 yaşlı uşaq birlikdə yaşayacağımıza inanır. Niyə etmirsiz? Biz də bunu deyirdik elə. Birlikdə yaşamağın mümkünlüyünü.

Bax budur saxta , suni, ikiüzlü, əclaf, yeni azərbaycanlı. Ancaq özünə sərf edəndə  danışır. Ancaq özünə sərf edəndə nəsə bir hərəkət edir. Başqa hallarda başını soxur torpağın altına. Arxasınından xəbəri olmur. Sonra yenə başını çıxardır başlayır Vətənşüvənliyə…

Etibar Salmanlı (Etibarlı)

Vətənşüvənizm…” üçün 7 cavab

  1. Səfeh yazıdır. Azərbaycan səhifəsinin admini mənəm, o səhifənin etdiyi maarifləndirməni, Vətənpərvərlik ruhunun aşılanmasını bəlkə də sən vətənşüvənlik kimi görərsən, çünki Vətənpərvərliyin nə olduğunu yəqin sənə öyrətməyiblər, yaxud qanında bunun daşıyıcısı deyilsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma