Özlərindən qorxanlar…


Deyirlər ki, uzun yola çıxanda gərək maraqlı bir yol yoldaşın olsun ki, darıxmayasan. Belə baxanda düz deyirlər. Mütləq yola çıxanda maraqlı bir həmsöhbət vəya maraqlı bir kitab lazımdır. Kitab məsələsi də ki, bizim bu ipək kimi yollarla, keyfiyyətli avtobuslarla mümkün deyil. Adamın yediyi bir tikə çörək boğazınadək gəlir. Kitab oxumaq mümkün olmur…

Siyasi mövzulardan danışmayaq…

Bu yaxınlarda bir yola çıxmışdım. Avtobusda hardasa 20-25 nəfər adam var idi. 20-25 nəfərin 22-23 ü gənc idi.(hamımız bir  tədbirə gedirdik.) Bir az zaman keçdikdən sonra artıq darıxmağa başlayanda ətrafdakı uşaqlarla söhbətlərə başladık ki, maraqlı edək yolumuzu. Söhbət bir az genişlənəndən sonra, istər istəməz yenidən əsas müzakirə ediləsi məsələ siyasi məsələlər, təhsildəki korrupsiya, gənclərin aksiyaları, demokratik rejim, azad sözə çatdı. Bunlardan bir az hər tərəflər öz fikirlərini bildirərkən mütləq  əksəriyyət “Biz siyasətdən danışmırıq, bəsdirində, sizin danışmağınızla nə olacaq ki, niyə başınızı aşaqı salıb dərsinizi oxuyub, işinizə gedib gəlmirsiz.” Bu cümlələri eşidib çox kədərləndim. Bunu 19-23 yaşlı gənclər deyirdi…Master və Marqarita kitabını oxumağa başladım…Ona da, imkan vermədilər oxuduqları Cənab Leytinant və Payız gəldi mahnıları ilə…

Milli Dəyəri Geyimdə, Yeməkdə görənlər…

Orda bir sual verdim ki, Milli Dəyərlər nədir axı sizin üçün. Çox maraqlı cavablarla rastlaşdım. Milli Dəyər geyim imiş, M.D. yemək imiş, M.D. tərbiyə imiş. Özüdə Milli Dəyərləri qorumaq çox vacib iş imiş. Wikipediada bir hadisə olmuşdu Azərilər yazmışdı ki, Dolma bizimdir, Ermənilər dəyişmişdi ki, bizimdir. Bu belə uzun bir müddət davam eləmişdi. Bu axmaq mübarizəyə Türklər sonra isə Yəhudilər və bir sıra dövlətlərdən olan başıboş, bekar gənclər qoşulmuşdu. Axırdı saytın rəhbərliyi bundan bezərək ora yazdı ki, Dolma Azərbaycanın, Ermənistanın, Türkiyənin, İsrailin vəs. digər dövlətlərin milli yeməyidir. Bu hadisəni onlara danışdım. Cavabları o oldu ki, gəl mahnı oxuyaq…)))

Özlərinin Tərbiyələrinə şübhəsi olanlar…

Bu müzakirələrə arada bir kontingentin yaşlı nümayəndələri də, qoşulurdu. Əsasən də, tərbiyə və geyim söhbətlərinə. Və o dəqiqə Milli Mentualeti soxurdular gözümüzə ki, dəlisiz nəsiz siz. Mentualetimiz olmasa idi biz batıb gedərdik. Mən belə bir cümləyə dedim ki, bəs hamı deyir ki Heydər Əliyev olmasa idi batıb gedərdik. Deməli Heydərlik heş zad yox imiş. Batmamağımızın əsas səbəbi Milli Mentualet olubmuş. Onda xalalar dan biri dedi ki, yox ee o kişi gəldi Milli Mentualetimizi dirçəltdi, durquzdu…Baxdım ki, xalalardan biri iki qızı bu tədbirdə iştirak edir deyə  o da qoşulub tədbirə…Özünün öz qızlarına inamı yoxdur deyə durub ahıl yaşında gənclərlə tədbirə qoşulub…Müzakirəni də, o xala kəsdi ki, gəlin mafiya oynayaq başım ağradı müzakirələrdən… )))

Və sonda…

Çox uzatmaq olar bu məsələri lap dərinliklərinə getmək olar. Hər atılan addımı yazmaq olar. Sadəcə elədə lazım deyil. Hər kəs bu problemlərin varlığından xəbərdardır…Qorxurlar özlərindən bəyan eləməyə…Komplekslərindən qorxurlar…Ətraflarından qorxurlar…Qorxmayanlar bizlədir…

Gedənlər getsin…Qalanlar bizimlədir…

Etibar Salmanlı(Etibarlı)

Özlərindən qorxanlar…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma