Lahıcda 7-8 saat…


Facebook – da Lahıc turları yəqin ki, hamının qarşısına çıxıb. Sözün düzü mənə də, may ayından hardasa 30 – 40 elə event təklifi gəlib…

Sonuncusuna qoşulmağı qərarlaşdırdım. Və Lahıca ilk dəfə səfər elədim…

Əslinə qalanda Hüseyn Məmmədov tez – tez bizə Lahıca getməyi məsləhət görürdü sadəcə biz tənbəllik edirdik getməyə.

Əsasən mənim üçün Lahıc səfəri asma körpüdən başladı və təhlükəlidir desələrdə körpünü o baş bu baş keçdim. Babat adrenalin var idi. Ama həqiqətən də, təhlükəli idi. Turizm ili qısa olub yəqin ki, görməyiblər bizim başbilənlər bu körpünün halını.

Lahıcın daxilinə girəndə fikirləşdim ki, niyə mən buralarda birinci dəfədir oluram görəsən. Maraqlı küçələr, maraqlı evlər, sərin hava “maraqlı” insanlar.  Keçmişdən qalma bir qəsəbə olması turizm sektorunun Xınalıqdan sonra ki, ikinci dayanacaq nöqtəsi olmalıdır Lahıc. Ancaq o potensial yoxdur. Hüseynin verdiyi məlumata görə BMT nin Lahıca ayırdığı 1 milyon dollar ilə ancaq qapıları rəngləyiblər yerdə qalanı nı isə, mənimsəyiblər. Yəni Neft pullarını yeməkdən savayı hətta Turizm pullarını da yeyirik. Sonra da, deyirik ki, niyə camaat istirahətə Gürcüstana, Batumiyə, Bakuraniyə, Tiflisə gedir. Gözəl bahaçılıq var Lahıcda. Ancaq yenə də, gəzməli yerdir. Girdiman Çayının yanında təpədə çay içmək (Vüsalə Əlibəyli çay içmədi seçimini qatığın üzərində dayandırdı amma 🙂 ) Girdiman qalasına və yuxarı şəlaləyə çıxmaq ADRenalın verir adama…Ən Əsası M.Ə.Rəsulzadənin 2 il sığınacaq tapdığı tikilini də gəzmək maraqlı idi mənim üçün…

Orda çəkdiyim 3 video var.

Birincisində  Hüseyn Məmmədov lahıcda olan sosial problemlərdən, Mülkiyyət hüququndan, Turizm problemlərindən və Azan vaxtından danışır.

İkincisində  birdənə qolbaq almışdım. Onun və misgərlik haqqında Hüseyn məlumat verir…

Üçüncüsündə isə M.Ə.Rəsulzadənin qaldığı tikilinin görüntüləridir, Hüseyn yenə danışır ama ki, bu dəfə ona birdənə bibi dəstək verirdi…

PS. Bələdçilik elədiyinə görə Hüseyn Bəy Məmmədova, tura məni dəvət elədiyinə görə Fuad Haciyevə təşəkkür edirəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma