Məhsuldarlıq artıb…


Son günlərdir Azərbaycan Blogosferasında dəhşətli məhsuldarlıq hiss edilir. O qədər hiss edilir ki, sırf məhsuldarlığa aid yazı yazası oldum. Facebookda bir sıra blog səhifələrini like eləmişəm və bir sıra qruplara isə add edilmişəm blogginglə bağlı. Hər gün bütün bu səhifə və qrupları yoxlayıb yeni yazıları oxuyurdum. Elə günlər olurdu ki, 2-3 blog yazısı olurdu ya olmurdu. Hətta fikirləşirdim ki, niyə belə az yazırlar bloggerlər. Axı Azərbaycanda blogging bumu yaşanır hal hazırda.

Ancaq son günlərdə yazdıqlarımın əksini müşahidə edirik. Ayda bir blog yazısı yazan blogger az qala səhər, günorta, axşam yazı yazırlar. Çox sürətli şəkildə mövzu bolluğuna da, keçmişik. Mövzular əsasən sosiallaşlaşıb…Bir azda, məlumatverici blogpostlar üstünlük təşkil edilir…

Oturub fikirləşirdim ki, görəsən səbəblər nədir bu dərəcədə bloggerlərin aktivləşməsinə. Bir ara fikirləşdim ki, yəqin bloggerlər yay istirahətinə gediblər, istirahət ediblər indi tam güclə yazırlar. Sonra amma fikrimdən vaz keçdim…

Ama deyəsən əsl səbəbi tapmışam. Deyəsən fəallaşmanın əsas səbəbi qarşıda gələn Blogosfer 2011 dir. Məhz foruma görə blogging də bu qədər çox aktivləşmə var… Bəlkə də, səhv edirəm…Ancaq bu mənim fikrimdir…

Ps. Add edildiyim Gənc Bloqçular qrupunda bu yazını yazarkən 5 blog yazısı əlavə edildi…Digər Pagelərə fikir vermədim… Mən bu yazını hardasa 6-7 dəqiqəyə yazdım…:P

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma