Virtual aksiyalarımız…


Son zamanlar ölkənin gəncləri yeni media alətlərindən istifadə faizini qaldırırlar. Facebook, Tvitter vəs. alətlərdə Azərbaycandan olan istifadəçilərin sayı hər gün artır. Bu çox gözəl bir haldır. Ölkədə baş verənlərin Telekanalizasiyalarda işıqlandırlmadığı hər kəsə məlumdur. Bloglar, mikro bloglar, Facebook statusları, Tvitter tvitləri ilə  hadisələr  azda olsa  gün işığına çıxır. Facebookun təşkilatlanmaq üçün gözəl alət olmasını Tunis, Misir inqilabları bizim qarşımıza sübut kimi qoydu. Ancaq hər nəqədər olsa da, Facebook əsasən əyləncəvi bir saytdır. Sosial şəbəkələrin əyləncəvi olması xarakterikdir onsuzda. Tvitter məlumat ötürmək, paylamaq kimi işi öz üzərinə götürüb. Məhz bir çox Beynəlxalq təşkilatların nümayəndələri məhz Tvitterdə olurlar. Tvitter vacib bir alətdir bu sübutsuz, filansız elədir.

Həbsdə olan gənc siyasi məhbusların məlumatların həm Azərbaycan həmdə xarici ictimaiyyətinin diqqətindən kənarda qoymamaq üçün Tvitterdə online aksiyalara başlamışıq. Hər həftənin 4 cü günləri xronoloji ardıcıllığla məhbəsdə olan dostlarımıza online dəstək verəcəyik.Və bunda hər kəsin köməyini də, gözləyəcəyik!

Hər halda aksiyanın ilk 2-si uğurla baş tutdu.

İlk olaraq Cabbar Savalanlı üçün online aksiyaya başladıq. 24 saat davam edən aksiyaya bir çox internet istifadəçisi qoşularaq Facebookda statuslarla, Blog yazılarını paylaşımlarla, Tvitterdə tvitlərlə Cabbarı Yeni media alətlərində ən aktual mövzu elədi…

İkinci aksiya hal hazırda da, davam edir. Bəxtiyar Haciyev üçün başlanmış online aksiya var gücü ilə davam edir. 2 gündür ki, Bəxtiyarın adı Aztvi.com da, Azərbaycan Tvitter Trendidir. Məhz buda ictimaiyyətin, yeni media alətlərindən istifadə edənlərin məsələyə nə qədər ciddi yanaşdığının nəticəsidir.

Və sonda onu da qeyd edim ki, bu tip aksiyalar dayandırılmadan davam edəcəkdir. Sizdə ən azından gündə bir dəfə Bəxtiyar, Cabbar və digər həbsdə olan dostlarımıza aid yazılar paylaşın, tvit vəya statuslar yazın…Məncə buna hamımızın vaxtı, gücü ən  əsas isə cəsarəti çatar…

Ps. Biz  bu aksiyalardan Eynulla Fətullayev həbsdə olanda da, edirdik…

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma