Tualet açıldı…!!!


Bu şəkilləri mən Neftçilər metrosunun yanında evə gedərkən çəkmişdim. Tualet açıldı. Yalnız inanıram ki, Azərbaycanda biz belə bir elanla rastlaşarıq. Hansısa bir ölkədə ola bilər ya yox, dəqiq bilmirəm. Bizimkilər xoşlayırlar açılışlar eləməyə. Hər halda OOOOOO boyda İlham Əliyev Cənabları durub gedib adi bir icra nümayəndəsinin açmalı olduğu keçidi açır. Hələm bir çıxış zad da, edir. Xalqı dinləyir. İlham dedim, açmaq dedim yadıma bir şey düşdü. Bu yaxınlarda(hardasa 3-4 ay qabaq), mənim yaşadığım tərəfdə Bülbülə qəsəbəsinin girişində 1.5 km -lik yol ayrıcının açılışına gəlmişdi. Gəldi, açdı, danışdı, qulaq asdı. Gedən kimi yol ayrıcının birləşdiyi yolu sökdülər və 4 aydan sonra bu günlərdə azmaz düzəlişlər ediblər. Orda danışan qəsəbə zəhmətkeşlərinin birini də, olsun tanımırdım. Buda bir məsələ idi mənə maraqlı gələn.

Türkiyədə məsələn seçkilər dövründə hansısa konserva zavodunun açılışına CHP lideri Kılıçdaroğlu gedib qırmızı lenti kəsmişdi. Bizdə, müxalifət liderlərinə heç zavod nədir, limonad butulkasının qapağını imkan vermir İlham və komandası . Gəlib özləri açırlar. Qırmızı lentin bir qırağını ciblərinə soxub gedirlər işlərinin dallarıyca. Bu yaxınlarda çaxır almışdım Şirzadda oturub içmək istəyirdim. Samirdən çaxırın ağzını açmaq üçün ləvazimat istədim. Birdən kimsə ildirim kimi Şirzada daxil oldu, çaxırı açdı və getdi. Sonra bildim ki, hansısa nazirin komandasının üzvü imiş. İlham imkan vermir kişilərə  heçnə açmağa o, da gəlib bizim çaxırın probkasını açıb. Sağ olsun…

Açılışlarınız bol olsun…

Ps. Tualet şəklini gördüm lap tualetə getməyim gəldi… 🙂

Tualet açıldı…!!!” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma