Azərbaycanda evlilik məsələsi…(c)Etibarlı


Azərbaycanda yaşamaq kimi maraqlı bir həyat mənim üçün gözlənilməz deyil. Nə qədər istəsən, nədən istəsən yazmaq imkanın var. O qədər problem var ki, birindən yazanda mütləq o biri qalır. Probləmlərdən bol bir ölkədə yaşayırıq. İntihar haqda yazmışdım. İndi də, evlilik haqqında cızmaqara eləmişəm. Azərbaycanda evlilik məsələsi kimi qəliz məsələ İlhamın getməsi, ya da ki, Heydərin ümummilli olub olmamasıdır. Mentualet kimi bir zibilin içində olmağımız məsələyə təkanverici qüvvə – sidir desək, məncə yanılmarıq. Ailələrin, daha doğrusu, valideynlərin övladlarını yox, özlərini, adlarını, soyadlarını düşünmələri sonda həddən artıq ağır bir nəticəyə gətirib çıxarır. Ailələr əsasən qohumların fikri, qonşuların tənəsi və digər faktorlara əsaslanaraq özləri qərarlar verərək ailədəki pərdəni götürür. Sonda ya zor yoluyla qurulmuş ailənin taleyi boşanma ilə nəticələnir, ya da ki, intiharla. Məhz, bu səbəbin nə dərəcə doğru olduğunu intihar və boşanma statistikaları göstərir. Hansı ki, ölkədə həmin statistik göstəricilər gizlədilir.. “İntihar statistikası da, boşanma statistikası da, azaldılıb”,- deyilir. Azaldılsa da, artımı görmək üçün dahi riyaziyyatçı olmaq lazım deyil.
Mentualetin övladları olan valideynlər qatı sevgi nümayişi göstərərək xöşbəxtliyin təməlini atmağa cəhd edirlər. Ancaq ki, özünə Azadlıq, Xoşbəxtlik, Azad Həyat qura bilməyənlərin qurduğu təməl özlərinin həyatı kimi qaranlıq və repressiv olacağı da labüddür. Məsələyə oğlanların tərəfindən baxanda ailə basqısı ilə evlənənlərə deyəsi söz mənim söz balansımda yoxdur. Ancaq qızları anlamaqda elədə çətinlik hiss çəkmirəm.Düzdür, mübarizənin tərəfdarı olsam da, hər zaman mübarizə aparmağın da mümkün olmadığını bilirəm. Bir yandan ailəyə mənəvi borc yalanı, bir yandan axmaq cəmiyyətin yazılmamış axmaq qanunları, bir yandan dinin ehkamları, bir yandanda ki, mentualetli səbəblər bəzən sonda faciəylə nəticələnir. Onda da, gedib faciə səbəbkarı ilə danışsan boyunlarına almayacaqlar. Belə axmaq hərəkətlər edən insanlar sürüsü ilə yaşamağın özü belə qəhrəmanlıqdır. Bu vəziyyətdə mübarizə aparan qızlara isə ancaq dəstək vermək və fəxr etmək lazımdır.
Bir-iki qız ilə ailələrinin “Evlən” təzyiqi ilə bağlı bir az söhbət etdim. Çox maraqlı məsələlərlə rastlaşdım. Sizlə də, bölüşmək qərarına gəldim.
Hissələrlə verəcəyəm söhbəti.

Birinci müsahibimin dediyinə görə :

1- Anamın dediklərinə görə, onlar da nəvə istəyirlər, qızlarının xoş gününə şahidlik etmək istəyirlər. Camaat arasına çıxmağa utanırlar, sizin yazşıdlarınızın artıq 3 uşağı var, sizdən eybəcərlər gedir, siz isə üstümüzə qalmısınız. Tez-tez namizəd də tapırlar. Bəyənməyəndə isə, suallar başlayır, nəyini bəyənmədin? Evi, işi, maşını var. Sənə axı nə lazımdır? Ağ atlı oğlan gəlməyəcək. Ailəyə bir təhər dözmək olar, evə qohumlar gələndə isə lap dözülməz olur vəziyyət. Hansı qohumgilə qonaq getsən eyni söhbət. Qohumlar valideynləri görəndə birinci sualı qızını (qızlarını) nə vaxt verirsən? Hamısı ətrafdakılar üçün yaşayır. Onlar üçün ideal qız övladı 17-18 də universitetə daxil olub, 21-22 yaşında evlənən, 9 aydan sonra isə valideynlərini nənə, baba edəndir. Ətrafdakıları yox, öz uşaqlarını, uşaqlarının gələcəyini düşünsə idilər, hər şey tam fərqli olardı.

İkinci müsahibimin dediyinə görə :

2- Ümumiyyətlə, bir rəfiqəm var, xasiyyət etibarilə də sakitdi. Onun xalası oğlu neçə vaxt idi guya onu sevirdi, əl çəkmirdi. Qız da razilaşmırdı. Amma oğlan axır ki, elçi-filan göndərdi. Qızın əlbəttə ki, heç fikrini soruşan olmadı. Anasıgil məcbur nişanladılar bunları. Çünki dedilər ki, sonra narazıçıq yaranacaq qohumlar arasında, nə bilim nə. Qız da elə nişan söhbətindən qabaq mənə deyirdi ki, mən özüm sevib ailə qurmaq istəyirəm. Ona qarşı qətiyyən simpatiyasi yox idi. İndi də arada danışırıq, qızdan onun haqqında soruşanda heç o barədə danışmaq da istəmir. Amma bir tərəfdən də qızı qınayıram ki, gərək susmaya idi, səsini çıxarardı. İndi qohumlararası münasibətə görə öz həyatını istəmədiyi biri ilə yaşamağa məcburdur. Danışan kimi də anasıgil ağzının üstündən vururlar. Mən olsam, ölsəm də razılaşmaram.

Üçüncü müsahibimin dediyinə görə :

3-Bilirsən, valideynlər həmişə deyirlər ki, hər şeyin yaxşısını edirlər övladlarına görə, onların haqqı var bizim yerimizə qərar verməyə. Bir sözlə elə günahkar da biz oluruq. Amma o ana anlamır ki, öz əli ilə qızının həyatını məhv edir. Bizimkilər bir şey olan kimi deyirlər ki, sizi biz böyütmüşük, haqqımız var nəsə deməyə. Belə də ki, mən minnətçi göndərməmişdim ki, məni bu dünyaya gətir. İndi tez-tez eşidirəm, deyirlər, qız bir yerə daxil oldu oxumağa oxusun, girməyəndə də deyirlər ki, “Əşi, evdə oturub nə edəcək? Ver getsin!” O ver getsin sözünə də nifrət edirəm, elə bil əşyadı qız, elə bil qızın işi ancaq ərə gedib, uşaq doğmaqdı. Əşi, oxumur, başqa bir məşğuliyyət tapsun.
Yəni ki, bu məsələ həddən artıq ciddi məsələdir.
Bəziləri də deyir, “evlən, bir övlad toyu görüm. Öləcəyəm, övlad görməyəcəyəm. Toy görməyi fikirləşir, amma övladının sonrakı həyatını düşünmür. Bir gün toy görsün deyə övlad bədbəxt olsa da olar…

PS. Valideynlər özləri bilmədən pərdəni aradan götürürlər…Anlayanda isə artıq gec olur.

Müəllif : Etibar Salmanlı (Etibarlı)

Redaktə : Aynur Zərrintac

Azərbaycanda evlilik məsələsi…(c)Etibarlı” üçün 2 cavab

  1. hə, oxudum.. bəzi məqamlarla razıyam, cəmiyyətin fikri məsələn… o sıxır….ama cəmiyyətin fikri həmişə olmasa da çox yaxşı bir şlaqbaumdur…hər axmaqsızlıqlara imkan vermir… qaldı ki, 2-ci musahibinin dediklərinə, yox nənəmin bir nəvəsi var idi, onun bir iti var idi, iti küçükledi nə bilim nə….2-3 nəfərin dediyi-uydurduğu ilə belə aktual məsələlər barədə yazmaq doğru deyil. mən də sevginin, öz xoşuna ailə qurmağın tərəfdarıyam, ama belələrinin içində də boşananlar, sonradan peşman olanlar az deyil, valideyn sözü ilə evlənib sonradan xoşbəxt ailə sahibi olanlara da rast gəlmək olar….
    Rus demişkən “раз на раз не приходится”

  2. umumiyyetle,gerek her iki terefden de yanasaq…men fikirlerle demek olar ki,raziyam…cunki,17 yasli bir genc qiz olaraq taaa 13 yasli yeniyetme oldugumdan beri elci gormekden bezmisem…evlilik muqeddesdir…aile,ovlad,yoldasliq…butun bunlar ALLAH in yuksek qiymetlendirdiyi amillerdir…lakin ne edim ki,evlenmek ucun en tezi 19-20 yasdan en geci 23-25 yasi munasib gorurem…butun bunlari valideynlerim(daha dogrusu etrafindakilar ve xusuile de nenelerim)anlamirlar,hetta cehd de etmirler…evvelceden evde movqeyimi qorumusam ve oxuyacam,feal olacam demisem ve ele de edirem…dediler ki,teknikuma gir,10-11 oxuma…sonra da ALLAH kerimdi…yeni ki,gor ne edirsen de,nisandan,toydan…gelen elciler de ailemi qanadlandirirdi…en pisi de bu idi ki,gelenler yalniz qohum-qonsu deyildi…ictimai islerde cooox istirak ettiyim ucun yad insanlar beyenirdiler…sohbetti tuttum,gordum yox eee bele getse men bu evde 17 yasa kimi gucle gedecem…bele olmaz…dedim oxuyacam,ozu de ali mektebde…valideynlerim hetta onlarin da valideynleri ali tehsilli olduqlari ucun fikrimi desteklediler,yalniz dusunurduler ki,yeqin ki,o vaxta kimi nisanlanaram daaa….sonra erim icaze vererse oxuyaram…mektebde ictimai fealligimla valideynlerimin basini uca eledim ve gorduler ki,geleceyim var…icaze verdiler ve men ali mekteb telebesi oldum…indi ise daha da fealam…mehz bu sebebden heleki agizlarina su alib oturublar…men movqeyimi qoruya bildim…sonradan meselem olmasin deye (er icaze verer-vermez sohbeti) hicablandim…anam da hicablidi…gorduler ki,yox eee ne ise var…men ozumu ovlad kimi tesdiqledim ve dil-agizlarini bagladim…hetta atam kimi ezmli kisiden 18 yasim olar-olmaz suruculuk vesiqesi almaq ucun de izin ala bildim…indi her ikisi de menimle fexr edirler…tezlikle ere vermek fikirleri de yoxdur…meni destekleyirler…hetta ve hetta tehsilimi xaricde davam ettirmeyim haqqinda da dusunurer…men ise hemiseki kimi etrafimdakilar(xususile yasidlarim) terefinden “aaa gozel-goycek agilli qizsan,dindar,savadli,exlaqli…bu qeder de isteyenin de var eee,ne eceb hec olmasa bir sevgilin filan da yoxdu ??? ” deye verilen suallara istehza ile gulub,ustunden kecmeye davam edirem…SOZUMUN CANI ! qizdan cooox sey asilidi…hem de cooox…eger menim valideynlerim(xususile de atam) kimi insan bu derecede deyise bildilerse,demeli bu ve ya diger meselelerde mumkunsuz olan ne ise yoxdur…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma