NİDA Vətəndaş Hərəkatının Kitab Aksiyası…


“Azərbaycan Hökumətinin son qərarı ilə Dövlət ali təhsil müəssisələrində təhsil haqları əhalinin ödəniş qabiliyyətinə uyğun olmayan səviyyədə artırılıb.
“Nida” Vətəndaş Hərəkatı da yeni tədris ilində əksəriyyəti dünyanın ən bahalı 48-ci şəhərində yaşayan, regionlarda daha ağır həyat şəraitində oxumaq uğrunda mübarizə aparan tələbələrin ağır təhsil haqqı ilə və bahalı kitab xərci ilə yüklənməsini nəzərə alaraq paralel tədbir kimi “Təhsil haqlarının artırılmasından əziyyət çəkən tələbələrə KİTABLA dəstək!” kampaniyasına başladı. Belə ki, “Nida”çılar tələbələrdən, keçmiş tələbələrdən və əhalinin başqa təbəqələrindən tələbələrə lazım olan dərslikləri, dərs vəsaitlərini, real və elektron mənbələri toplayaraq ehtiyacı olanlara paylamağı hədəfləyirlər.
İlk olaraq 31 iyul 2011-ci ildə saat 18:00-da “Sahil” (keçmiş “26-lar”, M.F. Axundov adına kitabxananın qarşısı) bağında görüşəcək aksiya iştirakçıları kitablarını və başqa vəsaitlərini gətirib bir yerə toplayacaq və sonra facebook sosial şəbəkəsində yaradılmış səhifə vasitəsilə ehtiyacı olan tələbələrə paylayacaqlar. Görüşlərin davamlı olması planlaşdırılmışdır.
Artıq facebook sosial şəbəkəsində 4000-dən artıq insana dəvət göndərilib, yüzlərlə insan tədbirə gələcəyini və kitabla dəstək olacağını təsdiqləyib. İnanırıq ki, bu aksiya ilə hər semestr eyni kitablara pul verilməsinin qarşısını almaq, kitablara daha xoş münasibətin göstərilməsini təmin etmək, ən əsası isə tələbələrimizə az da olsa, xərclərində kömək etmək mümkün olacaqdır.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma