Dialoq…(c)Etibarlı


Bunu yazmamaq əslində olardı. Çünki elədə bir mənası yoxdur. Ancaq bir az Yeni Media da Blogging-ə Gündəlik kimi bəhs edildiyindən beynimdən keçən bəzi şəxsi şeyləri bura yazıram. Burda Yaxınlar dedikdə təxmini verilmiş sualların bir yox bir çox tanış adam tərəfindən verilməsidir. Təxmini də, verilmiş suallara eyni cavablar verdiyimdən beynimin içindəkiləri toplayıb yazmaq qərarına gəldim .

Başladıq...

– Yaxınlar

Yandır bir dənə siqaret. Söndür demirəm. Onsuzda çəkəcəksən. Bilirəm bezmisən siqaretdən də. Sənin bezmədiyin nə var ki? Sənin psixoloji dəstəyə ehtiyacın var. Əsəblərinin sakitliyə ehtiyacı var. Düz demirəm məgər?

– Mən

Hmm… Bəlkədə düz deyirsən. Siqaret söhbəti reallıqdır. Yandırıb söndürmək artıq vərdiş halını alıb. Rədd edəcəyəm. Mənim bezmədiyim? Bir iki işdən başqa düzdür bezdirici olur bəzən hər şey. Mənim psixoloji dəstəyə ehtiyacım var. Yox razı deyiləm. Mənim ehtiyacım sakitlikdir. Onun yanında olmaqdır…Belə desək onun yanındakı sakitlikdir.

– Yaxınlar

Əlində olan işləri qoyub gedəcək biri kimi danışırsan. Nə olub yaxşısan? Sabah qiyamətdir ki?

– Mən

Yaxşı olduğum barədə deyərdim ki, yaxşı fasonam. Tipa yaxşıyam. Gedəcək biri kimi…Gözəl ifadədir. Sən məni tanımırsan? Bilmirsən ki, istədiyim şəxlər vəya nəisələr üçün hər dəliliyi edə biləcək adamam. Qiyamət. Ateistdən qiyamətə aid sual eşitməkdən maraqlı nəsə yoxdur. Sənə deyim ki, hər  kəsənin öz qiyaməti var. Mənim qiyamətim isə davam edir. Sonunda nə olacağını isə hələ bilmirəm…

– Yaxınlar

Sən çox maraqlı danışırsan. Mən qorxuram…Bilirəm sənin ürəyində qorxu hissi yoxdur. Ancaq mən sənin üçün qorxuram. Bunu anlaya bilirsən Etibar Salmanlı?

– Mən

Anlayıram, özüdə çox gözəl anlayıram. Razı deyiləm fikrinlə ki, qorxu yoxdur ürəyimdə. Var özüdə çox böyük bir qorxu hissi var. Onu itirməkdən qorxuram. Sözündə həqiqət var. Heç vaxt sən təhlükənin qarşısında olanda, sən təhlükənin böyüklüyünü hiss eləmirsən. Ancaq qıraqdakıların sənin üçün necə qorxduğunu, təlaşlandığını bilirsən. Mən də, bilirəm. Bacardığım qədər ona görə hərəkətlərimi tənzimləyirəm.

– Yaxınlar

Özündən muğayat ol desəm eləyərsən Etibar?

– Mən

Bacardığım qədər…Öpeyrəm…

 

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma