Azərbaycanda İntihar…(c)Etibarlı


Azərbaycan dedikdə…Belə bir şeir var deyəsən. Ancaq indi yadıma gəlmir. Nə o şeir, nədə ki, onun yazarı. Heç mövzusundan da, xəbərim yoxdur. Daha doğrusu yadımda deyil. Məntiqimə arxalanıb deyərəm ki, yəqin ki, Azərbaycanı əyri qoyub, düz tərifləyirlər.

Təriflənəsi nə var bilmirəm ancaq tərifləyirlər. Belədə ki, mən tərifləmirəm çünki tərifdən xoşum gəlmir. Gördüyümdən danışıb, yazmağı sevirəm. Elə indi də, gördüklərimi, oxuduğlarımı yazıram.

Azərbaycan son dönəmlər intiharlar baxımından statistik cədvəlləri alt üst edib. İntiharlar ardıcıl hər günün xəbəridir. Hər xəbər saytının ən çox oxunan məlumatı ancaq intihar xəbəridir.

Azərbaycanlıların milli mentualetləri, qonşu – qohum sevgisi, adət – ənənələri hər zaman utandığım bir xususiyyət kimi beynimə yazılıb. Hələ bunun üstünə İslam-i qayda – qanunları, haram – halalları əlavə edildikdə insanın bu ölkədə doğulduğuna nifrəti daha da, artır. 

İntihar xəbərlərini açıb baxdığda çox qısa bir məlumatla rastlaşır adam. Məsələn :

Filan gün filan saatda filan şəhərin filan kəndində Filankəsov Filan Filankəs oğlu özünü həyətdə olan ağacda asaraq intihar eləmişdir. Faktla bağlı Filan rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Qutardı getdi, söhbət bağlandı. Elə bil insan ömründən, onun bitməsindən danışmırlar. Araşdırma başlasa da, elə başlanmış şəkildə qalır.

Azərbaycan adlı bu ölkədə intihar eləmək də, olmur. Qohumlar nə deyər, Anama nə olar, Atamın ürəyi dayanar. Dostlarım nə fikirləşər vəs. Bu kimi fikirlər. Adam bilmir ki, mən intihar edirəm. Sonra nə olacağı mənə marağlı deyil. Mən öz həyatımı  istədiyim kimi bitirib gedirəm. Sizin ki, sizdə qalsın. Mən özümünkünü götürüb gedirəm. Ancaq ki, yuxarda qeyd elədiyim o nüanslar adamı insan balası kimi intihar eləməyə də, imkan vermir. Əminəm ki, mən sabah durub intihar eləsəm hətta deyərlər ki, narkoman idi. Pul tapmadı heroin almağa. Lomka vaxtında intihar elədi. Buna adım kimi əminəm. 🙂 Çıxıb gedib ölkə xaricində intihar eləmək keçir adamın könlündən. Öz ölkəmdə intihar da, eləyə bilmirəm…Daha doğrusu edə bilmirlər…

Qız, qadınların vəziyyəti lap qəlizdir. Eləsələr lap çox fikir olar haqlarında. Evdəkilərin ad, familiya məsələsi, nəsə zibili var yəqin, atasının papağını soxdu yerə, tək atasının yox nəslindəki bütün oğlan və kişilərin, əgər o qızın bacısı varsa deməli bacıları da, fahişədir. Anasının da, qeyrətinə, namusuna şübhə yaranar. Hazırdır camaat “peçat” vurmaqa üstünə.  Və sair və ilaxır. Bunu o qədər uzatmaq olar ki…Uzatmıram qısa bir hekayəni də, paylaşıb blog postu bitirmək istəyirəm.Bir tanış qız danışmışdı…

…Universitet vaxtları idi. Bir oğlanla aramda isti münasibət var idi.  O, sevirdi. Mənim isə zəhləm gedirdi ondan. Hətta ailə qurmaq fikri var idi. Evdə hamı bilirdi. Anam da, bir yandan evlən deyirdi. Sonda qərara gəldim ki, intihar edim. Fikirləşirdim ki, evdə heç kim olmayanda bunu edə bilərəm… Ancaq Ana, Ata məsələsi gözümün qarşısına gəldi. Bizimkilər onun,bunun, ətrafın sözü ilə oturub durular axı. Camaat nə deyər. Anam saçını yolacaq.Və qərardan imtina elədim dedim ki, toy qabağı edərəm. Onda da, camaat deyərdi ki, qız “brak” çıxdı. Papağımızı yerə soxdu…Yaxşı ki, toy məsələsi olmadı…

Yəni ki, bizdə heç bir şey düz işləmir. Hətta intihar da…Ona görə nə demək olar…Biz dəyişilməliyik…

Ps. Ağıllı insanlar da, az deyil Azərbaycanda. Şərh yazacaqlar ki, intihar haramdır, cəhənnəmə A-Klass biletdir vəs. Bundan niyə yazmısan zad…Belədə ki, blogpostuma ki, siz nə düşünürsüz…Mən beynimdə olanı paylaşıram. Kim istəyər oxuyar, kim istəməz oxumaz. İnanıram ki, oxuyanlarda olacaq…

Respect and Peace…

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma