Azərbaycan Blogosferi…(c)Etibarlı


Mən Yeyib içən insanlardan yazacağdım sonra ani fikir dəyişikliyi ilə Azərbaycandakı Blogosferdən yazası oldum. Yeyib içən insanlar üçün sabah yazarıq…Yeyib içəndən sonra 🙂

Let”s go…

Blogumda 170 ə dək yazım var. Aksiyalardan tutmuş Sonanın uşaqlarına dək hər şeydən yazmışam. Oxunaqlığda var blogumda və məncə də, pis göstəricimdə yoxdur. 12/13 minə yaxın adam (İP İctimai Palata yoxaa 🙂 ) ziyarət edib blogu. Gündəlik 70 / 150 user daxil olur. Bəzən lap çox olur bəzən 50/60 da olur. (Şəffaflıq prinsipi). Oxunağlığa gələndə əsasən Azərbaycan blogosferində tərkibində söyüş olan yazılar oxunur. Bizim bir çox bloggerlər oxunuş üçün blogda söyüş istifadə edir. Sözün düzü bunu bacarmayan xiyarlar da, var. Məsələn mənim sevdiyim söyüş xiyardır. 🙂 Bacarmıram söyüşlü yazılar yazmağı. Ancaq bu işi Bəhram Əhmədli gözəl bacarır. Bacarana canımız qurban. Öpürəm Bəhramı 1 illik əsgər gedəcək bu yaxınlarda, darıxacayıq onun və yazıları üçün.  Ancaq 3-4 dənə male və female xiyar bloggerimiz var ki, ağzına gəldi gəlmədi söyüşün 4ü 3 qəpikdən guplayır blogposta. Sonra da, deyir ki, bloggerəm, azad sözü təmsil edirəm. Bilmirəm nə ppx yeyirəm. Burda deyirlər ki, sən xiyarın yekəsisən üzr istəyirəm siz…(cəm formasında 🙂 ) Yada ki, ikinci məsələ bizim blogosferə elə bil tapşırıblar ki, ancaq siyasi yazmaq lazımdır. Yazmaq olar ancaq daha hər blogpostu siyasi məsələlərdən yazmağla birincisi oxunaqlığını aşağı salacaqsan. İkincisi özünə qeyri ciddi imic yaradacaqsan. Ancaq siyasi yazmağla ciddi bomba oğlan yada qız olmurlar. Məsələn mənim blogumda düzdür ən pik vaxt 10/11/12 martda olub. Aksiya mitinq vaxtlarında. Ancaq ki, adi bir Sonanın uşaqları və yaxud O qızı tapın yazıları həddən çox oxunub 500+ / 700+. Yəni ki, siyasi yazılar oxunsa da, digər yazılar da, oxunur. Digər bir söhbət isə “Mən blogumu yazıram, oxunaqlılığ maraqlı deyil mənə” deyənlərdir. Bir az səmimiyyətə buyurmaq da, yaxşı şeydir. Oxunmağ istəmirsənsə, Facebookda chatda və ardıcıl divarlda, tvitterdə paylaşma da, quzu kəsərəm sənə yox sizə. Bloguna birdənə parol qoy özün yaz özün oxu kayf tut. Edə bilmirsənsə xəbər elə mənə düzəldim sənin üçün çaşdım sizin üçün.

Yəni ki, bizim blogosferdə maraqlı zadlar olur. Məndən şəxsən hansısa internet sayt yada qazet bloga, blogosferə aid sualla müraciət edəndə ilk olaraq Ali S. Novruzov və İlqar Mirzə – yə yaxınlaşmağlarını xahiş edirəm. Çünki, bu iki nəfərdir Blogosferin olmayan vaxtında olanlar. Hər ikisinə də, böyük təşəkkür düşür…

Respect and Peace…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma