Kəmiyyət yada keyfiyyət. (c)Etibarlı


Son zamanların bəzi məsələləri var ki, oturub yazmağı müzakirə edilməyi tələb edir. Mən məsəl üçün debat və müzakirələri sevən insanam. Ancaq dini müzakirələrdən qaçıram. Xoşlamıram. Hətta iyrənirəm o müzakirələrdən. Çünki o müzakirələr sonda mentualetə, söyüşə, təhqirə vəs. zadlara çevrilir. Elə müzakirələr olanda isə, sadəcə siqaretimi çəkib, pivə yada çay içərək səmimi şəkildə gülümsəyirəm. Bilənlər bilir ki, dinlərə qarşı bir insanam. İslam, Xristianlıq, Buddizm, sionizm vəs vəs…Xoşlamıram. Sanki dinlər mənə insan azadlığını zəncirləyən, hüquqlarını tapdalayan kimi görünür. (Ps. Quzu kəsərəm sizə, kabab çəkərəm sonra da, 50/50 vuraram ancaq ki, mənə comment kimi Peyğəmbərinizdən sitatlar gətirməyin 🙂 )

Ancaq bunu da, etiraf edim ki, Mənə İslamdansa Xristianlığ daha cəlbedici gəlir. Məhəmməd “dənsə İsa daha önəmli kimi gəlir.Zülfüqardansa Xaç daha estetik görünür. İndi bu cümlə kimisə qıcıqlandıra bilər. Ancaq tolerant olmağı yadınıza salıram. 🙂

Dünən bir dostum zorla dini müzakirəyə çəkdi məni. Məndə arada fikir bildirərək, qulaq asdım. Bir hekayə danışdı. Qısa bir hekayə. Sizə də, yazım…

İki nəfər var. Ahmed və Deivid.

Ahməd İslamı cəmiyyətdə yəni qapalı yaşayır. 14-16 yaşına çatanda öz fiziki tələbatlarını ödəmək onun üçün çox çətin olur. Mümkün olanda da, qəliz məsələ olur. Deivid isə əksinə açıq cəmiyəttdə yaşayır öz cinsi fiziki təlabatlarını rahatlıqla qarşılaya bilir.  Müəyyən zamandan sonra Əhmədin fikrində evlənmək olur. Bu qapalılıqdan yaranır onda. Deividin isə həmin yaş dövründə elm, inkişaf, karyera vəs. kimi planları olur. Əhməd 20-24 yaşında evlənir. Deivid isə müəyyən flörtlərlə cinsi təlabatını ödəyir və karyera, pul, maşın vəs. işlərlərlə məşğul olur. Əhmədin isə o dövrdə bir uşaqı olur. Biraz da zaman keçir. Deividin 35-38 yaşı olanda evlənmək, nəsil artırma yadına düşür. Ancaq Əhmədin artıq 2-3 orta yaşlı uşaqı var. Deivid evlənir və ailədə 1 uşaq olmasını istəyir. Kəmiyyətə yox keyfiyyətə önəm verir. Ancaq Əhmədin 4 vəyaxud daha çox uşaqı olur. Belə belə həyat davam edir. Və Deividin timsalında demoqrafik artıq yarı yarıya azalır. Bu məntiqlə Keyfiyyət zaman keçdikcə heç kimə qalmayacaq. Çünki nəsillər olmayacaq…

Belə bir hekayə idi…

Mən sadəcə sizlə paylaşdım. Dini fikirlərimi yuxarıda da , yazmışam tanıyanların çoxu da bilir. Yəni ki, Mənim Azadlığımı azaldacaq heç nəyi, heç kimi qəbul eləmərəm. İstəyir Din olsun, istəyir Peyğəmbər olsun…Mənim Azadlığım hər şeydən, hər kəsdən müqəddəsdir…O Azadlıq uğrunda mübarizə aparmağda müqəddəs bir işdir. Çoxuna nito görsənsə də…

Dur 6 yaşında olan uşağın başını bağla ki, nə var nə var Dinim belə deyir, hansısa məktəbdə ki, hansısa adam fətva verib. Uşaqın azadlığını əlindən alırsa mən sənin Dinivə də, Allahıvıda, Peyğəmbərivi də, Məktəbivi də qəbul eləmirəm…Mənim Allahım mənim Azadlığıma hörmət eləməlidir…Qarşılıqlı hörmət…O uşağın azadlığı elə mənim azadlığımdır…

Azad olmaq ümidi ilə…

 

By : Etibar Salmanlı

 

Kəmiyyət yada keyfiyyət. (c)Etibarlı” üçün 2 cavab

  1. gorunur dinden xebersiz bisavad yazidir..xetrnze deymesin.bisavad yazidansa,Qurani diqqetle ve suurlu sekilde..kiminse dilinden yox,ozun oxu sora fikir bildir..mene Qurandan 6yasinda usag basni baglamalidr ve azadligi elindn almaq fikryle bagli ayeler yaz onda deyim savadli yazidir..dinve tolerantla yanasiram,ama bisavad yaziya tolerant ola bilmedim 🙂 qaldi ki,cinsi telebaa cox tessuf ki insanlar shehvetin,nefsn qulu olur,meneviyyatin yox

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma