3 heykəlin aqibəti(c) Etibarlı


Bizim ümumiyyətlə heykəllərlə aramız əladır. Bəlkə əladan da, yüksəkdir.

Photo by AFP

Heykəlsiz Azərbaycan olmaz ifadəsi aktualdır bizim üçün.

HacıBobbi müəllim o vaxt Suraxanı rayonunda işləyəndə, bizim zonanı Heyvanlar Baxçasına çevirmişdi. Özüdə heyvanların təlimçisi rolunu ifa edirdi. Ürəyi hara istəyirdi, birdənə qartal, keçi yada qoç heykəli yapışdırdı. Bül-Bülə qəsəbəsinin girişinə fikir versələr orda 2 dənə uçan şir heykəli var. Bu özü məsələnin nə dərəcədə ciddi olduğunun sübutudur.

Bu günlərdə Azərbaycanda heykəllər məsələsi çox aktualdır.

3 dənə heykəl var ki, son zamanlar çox müzakirə edilir. 

Foto Azadlıq Radiosundan götürülmüşdür...

BirincisiMisirin Diktatoru olan Hüsnü Mübarəkin Xırdalan Şəhərində ki, heykəli idi. O Mübarək ki, Misir xalqı onu Ərəb baharında ölkədə yaratdığı diktaturaya görə hakimiyyətdən saldı. Hal hazırda, Mübarək məhkəmə astanasındadır. Ancaq onun heykəlini Azərbaycanın bu başıboş höküməti heykəli müqəddəs bir zad kimi qoruyurdu. İşi peşəsi olmayan 8-10 dənə polisi də cəlb eləmişdi ora. Axırı nə oldu ? Tüpürdüklərini yaladılar…Təhrirdə proseslər qızışanda bunlar ümid edirdilər ki, Mübarək zor qüvvə yolu ilə hakimiyyətdə qalacaq…Olmadı…Girən bunlara girdi. Ərəb Baharı bir dənə İri Paz oldu keçdi bizim bu hakim dairələrimizə…

Foto Azadlıq Radiosundan götürülmüşdür

İkincisi də, Misirə aiddir elə. Misirin eks “Prezidenti ” H.Mübarək Xırdalandakı heykəlinə jest olaraq Misirdə bizim Ümummilli Boba, Diktatorumuza heykəl qoyub. Cəsur Misir xalqı Mübarəki rədd elədiyi kimi, indi də, bizim o heykəli də, rədd eləməlidir.  Məhz bu məsələyə diqqəti çəkmək üçün “N!DA Vətəndaş Hərəkatı” online aksiyaya başlayaraq ingilis dilində Misir adminstrasiyasına o, heykəlin götürülməsi üçün məktublar(email) yollamağa başlayıb. Hal hazırda 500 dən çox məktub İnqilabi Misir hökümətinə çatıb…

Şamaxıdakı Eşşək heykəli

Üçüncüsü isə təmiz başqa söhbətdir. Üçüncü heykəl isə Eşşəkə qoyulmuş bir heykəldir. Şamaxının girişinə qoyulmuş bir sənət əsəri idi. Azərbaycanlıların sevdiyi bir heyvandır eşşək. Sözün “hər” mənasında “sevirlər”  eşşəyi Azərbaycanlılar. Bizdə bir misal var. Kimsə artıq – əksiy hərəkət edəndə ona : Eşşəklik eləmə! deyirlər. Sözümün canı odur ki, Şamaxı kimi bir yerə eşşək heykəli qoymaqla səhv ediblər.  Ondansa o heykəli mərkəzə gətirib qoyardılar. Prezident Aparatının qarşısına. Ki, Emin Milli və Adnan Hacızadəni Eşşək motivinin fonunda xuliqanlıqla ittiham eləmişdilər. Yəni ki, bloggerlər eşşəklik eləmişdilər. Şamaxıya heykəl qoyanlarda eşşəkin yekəsini ediblər. Söhbətin pik anı odur ki, bu günləri bir Kamaz şoferi idarə etməni itirərək o eşşək heykəlini yerlə bir edib. O dəqiqə yerli polislər onu həbs ediblər. Səbəbdə ki, provakasiya. And aman edib ki, ani problem nəticəsində yaranmış avto qəzadır. Anlada bilməyib dərdini. Sözünü anlada bilməz. Bizim polis sistemində onsuzda qanan bir iki nəfər var. Onlarda sürücünün qarşısına çıxmayıb. Bəxtinə yansın.

Şamaxıdakı Eşşək heykəlinin dağıntısı

Ancaq mən azda olsa anlamışam məsələni. Əgər ki, sürücü bu məsələni bilə – bilə edibsə bunun bir dənə açıqlaması var ancaq. O, dövlətini, prezidentini, siyasi kursunu,milli mentaliteti və ümummilli bobanı dəstəkləyir. Hara baxıb, prezidentin heykəlini görməyib. Əsəbləşib. Deyib bu nədir ala, eşşəyə heykəl qoyursuz ancaq mənim gözəl – göyçək, bığı burma prezidentimə yox?Qatdalayıb sükanı eşşəyin üstünə. Şamaxı zonası onsuzda dəliqanlı insanları ilə boldur. Sürücüdə yəqin ki, belə olub yerlə bir edib eşşəyin heykəlini. Bu qədər sadə. Qısa və konkret. Onu həbs yox Tərrəqqi medalı ilə şərəfləndirmək lazımdır.

Yoxdur da bizdə belə şeylər. İstedadların qədrini bilmirik. Eşşəklik edirik…

By : Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma