Azad Fotoreportyorlar Birliyinin KİV üçün bəyanatı


Hər zaman azad mətbuatın, insan haqlarının, ədalətin yanında olduğunu deyən bir sıra KİV-lər təəssüf ki, səsləndirdikləri fikirlərə özləri riayət etmir və bu fikirlərin şüurlu surətdə dərk edilmədiyini öz əməlləri ilə sübut edirlər. Uzun müddətdir Azərbaycanda çap edilən qəzetlər, internet saytları yerli və xarici fotojurnalistlərin çəkdiyi fotoları istinadsız çap etməkdə davam edir.

Bir neçə müstəqil fotoqraf və fotoreportyorun cəmləşdiyi “Azad Fotoreportyorlar Birliyi” olaraq fotoların istinadsız çap edilməsini hüquqi baxımdan cinayət, əxlaqi baxımdan isə tərbiyəsizlik hesab edirik.

Biz Azərbaycan mətbuatının necə çətin vəziyyətdə olduğunu və hansı problemləri geridə qoyduğunu nəzərə alırıq. Hər zaman təqib və təzyiqlə üz-üzə qalan jurnalist, reportyor həmkarlarımızın yanında olduğumuzu, baş verən hadisələri yerli və xarici mətbuatlarda öz fotolarımızla mütəmadi işıqlandırdığımızı xatırladaraq Qərb dəyərlərinə söykənən azad media normalarına əməl etməyi bütün media orqanlarından tələb edirik. O dəyərlər ki, hətta Afrikanın yoxsul ölkələrində belə bir dəyər kimi mübahisəsiz qəbul edilir.

 

Dəfələrlə şifahi olaraq KİV-lərdə çalışan jurnalist, redaktorlara istifadə etdikləri foto məhsulu istinadla çap etməyi xahiş etmişik. Amma bu xahişlər heç bir nəticə vermir. Zamanından aslı olmayaraq istinadsız çap edilən foto məhkəmə predmeti ola bilər.

Jurnalist və reportyor həmkarlarımızı fotoların istinad məsələsində bir daha diqqətli olmağa çağırırıq. Düşünür ki, özlərini peşəkar kimi hiss edən media funksionerləri müasir media qaydalarına riayət edəcək və hər bir fotonu öz müəllifinə istinad və onun icazəsi ilə çap edəcəklər.
Azad Fotoreportyorlar Birliyi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma