Azərbaycanda qadın olmaq… (c)Etibarlı


Azərbaycanda qadın olmaq. Qəliz məsələdir. umumiyyətlə Azərbaycanda adam olmaq çətin işdir. Qadın olmağı demirəm heç…

Azərbaycan xalqının Milli Mentalitet kimi böyük milli, mənəvi, bədəni, səməni dəyəri var. Qadına böyük dəstək verilir. Onun oxumasına, təhsilinə, azadlığına və digər istəklərinə.

Azəri kişilər öz qızlarına, həyat yoldaşlarına hər zaman böyük üstünlük veriblər ailədə. Adi misal kimi, həyat yoldaşına Arvad deyib ona olan sevgisini, hörmətini göstərir…

Azəri qadınları, qızları da, mentalitetin qayğısına hər zaman qalıblar. Hər zaman seviblər ki, onları qul yerinə saysınlar. Azadlığı sevməyiblər. Çadrasını da, atanda çoxu dəb xatirinə edib. Səmimi azadlığı anlayan o zamanda az idi, indi də azdır. Səmimi olanlar çox açıqca görünür…

Qeyri səmimilər isə…Nəisə…

Söyüş söysən ən əsasda mentaliteti pisləsən qarşına 100 lərlə təmiz ev qızı, təmiz ev qadını çıxacaq. Tənqid edəcəklər, səni ailə tərbiyəsi görməməklə mühakimə edəcəklər. Öz ailələrini evli olmayanlar isə atasını qardaşını müqəddəsləşdirlər. Sevir, xoşlayır kobudluğu. Bu yerdə deyərlər ki, Mentalitet sevənsənsə, get hicab aksiyalarına dəstək ver. Yoxsa onun bunun pulu ilə 100 minlik maşın sürüb, gəlib camaata tərbiyə dərsi keçməyinə nə ad verək?

Ömrü evdə, ailədə söyüşlə, qarğışla, zorakılıqla, əşya – qul münasibəti ilə keçənlər söyüş vəs. görəndə özlərini elə aparırlar ki, şəxsən əks tərəf deşiy axtarır gizlənməyə.

Əslinə baxanda Azərbaycanda qadına böyük (!) üstünlük verilib. Azəri qadınlar özlərini çox bahaya satırlar. Daha doğrusu ailəsi satır. Onlarda çox da fikir vermirlər. Ailənin çox güclü təzyiqi ilə əsas problemlər yaranır. Sonra da, deyirlər ki, Azərbaycanda intiharlar, boşanmalar artıb. Belə baxanda bu mentalitet və beyinlə intihar hələ azdır ölkədə…Ona görə, beyinlərin yuyulması labüddür.

İstisnaları nəzərə almağınızı xahiş edərdim …

Azərbaycanda qadın olmaq… (c)Etibarlı” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma