Ordunun günü…(c)Etibarlı


Azərbaycan Milli Ordusu bugün Bayram edir. Bu “bayram” günündə  insan ən xoş arzularını bildirmək istəyir.  Hətta kabab çəkib saatlarla tostda demək istəyirsən. Ən azından ona görə bizim xalqın nümayəndələri bayramları, yeyib – içməkləri, paraqdları sevirlər. Bir növ aclıq olsun, kef olsun prinsipi bizim bu millət üçün priotetləşib.

Bu gündə Parad keçiririk. Əlimizə verilmiş silahları xalqa nümayiş etdiririk. Yox səhv anlamayın Paradı Fizulidə, Cəbrayılda yada Ağdamda eləmirik. Paradı Azadlıq meydanında edirik. O meydan ki, 19 ildir ancaq lazımsız anlarda yada düşür. O Meydan inanıram ki, artıq bizdən küsüb ki, vermişik onu şərəfi və ləyaqəti olmayanların əlinə. Eurovision qələbəsinin eyforiyası bitməmiş indi də, tank, pulemyotlardan həzz alıb orqazma çatacayıq. Soyuna da bilərik. Bizdən hər şey gözlənilir. Hər halda bu dəfə tankın üzərinə çıxıb striptiz edə bilərik. Lüləsi tankın imkan verir ki, bunu edək. İnanıram ki, edəcəyik. 07 lərimizə X6 larımızın benzinini vurub hətta Qarabağa da getdik. Qarabağ restoranında gecə yaxşı kabab verirlər. Məhz o restoranların birində tost deyərik. Sonra da, gəlib AZTV-də istirahət edən şəhər sakınlərinə baxarıq. Nəisə…

Regionun ən inkişaf eləmiş ordusuyuq. Ən inkişaf etmiş silahlarla silahlanıb Milli ordu. İnfostrukturu gözəl quraşdırıblar. Bütün bölüklər arası rabitə xətləri qurulub. Dedovşina yox dərəcəsindədir.  Əsgərlərimiz maddi texniki təminat baxımından çox irəliyə gediblər. Təki elə olsun …

Mən o hərbini özüm öz gözlərimlə görmüşəm. Analoqsuz inkişafı da, görmüşəm. Əsgərlərin günlərlə ac qaldığını da, Nəzarət Buraxılış Məntəqəsinə maşın yaxınlaşanda bir az yemək, siqaret üçün necə qaçdığlarını da, güclünün zəifinin necə haqqını tapdaladığınıda, əsgər üçün gələn yeməyin əsgərin gözünün qabağında maşınlara yüklənib bazara satışa çıxarılmasını da.

Məhz ondandır ki, Ordunun bugün ki, paradı mənim üçün pakazuxadan başqa bir şey deyil.

Torpağının 20%-i işğal altında olan ölkə ordusunu müharibə meydanınında nümayiş etdirərər. Daha şəhərin mərkəzində yox.  Və o zaman parada gedib fəxr edərəm ordumuzla ki, hər gün Ermənistanın Azərbaycana təcavüzü davam edir cümləsini eşitməyim. Yoxsa indi guya bunlar dəhşətdirlər. Mərkəzdə tank sürürlər. Xodda o tankıvı Qarabağa sür. Prospektlər tank sürmək yeri deyil…

Bir iki Tvitləri də, nəzərinizə çatdırım…

Məcid Mərcanli: 

18 illik hakimiyyətləri dövründe 1 dənə kəndi işğaldan azad eləməkdənsə Bakının mərkəzində parad keçirirlər. Xalqa güc nümayiş eləyirlər?  

Mansur Talibli : 

“Azadlıq” meydanı azad toplaşmaq meydanı, sərhəd zonaları isə hərbi təlimlərin məkanı olsun. Güc nümayişi təyinatlı olmalıdır.

Elnur Məcidli :

Hərbi paradla bağlı: #Azerbaijan öz hərbi gücünü Bakıda yox, Qarabağda nümayiş etdirə bilmirsə, nümayiş etdirilənlər sadəcə sintetikadı.

Turxan Qarışqa : 

Demokratiyadan, söz azadlığından, həbsdə olan siyasi məhbuslardan danışmağa qorxanlar yeni mövzu tapıblar: Hərbi parad

Ulvi Hipermilli (Paramilli) :

Ciddi – ciddi Azadlıq meydanını köhnə texnikanın tüstüsü basıb. Bu qırıq – salxaq texnikayla müharibə etmək istəyir yaparteidlər?  #azerbaijan

Yəni ki, Xoddayın Tankları Qarabağa sürün… 

26 İyun 011

Ordunun günü…(c)Etibarlı” üçün 2 cavab

  1. Geri bildiriş: Ordunun günü…(c)Etibarlı | Azblog.org·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma